Barak Obama: "ABŞ prezidenti Tramp xarakterli olmamalıdır"

Barak Obama: "ABŞ prezidenti Tramp xarakterli olmamalıdır"
03:07 10 Oktyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp dövlət başçısına xas xarakterə malik deyil.
"Report" xəbər verir ki, Ağ Ev rəhbəri Barak Obama həftə sonu milyarderin qadınlar haqqında işlətdiyi ifadələrlə bağlı baş verən qalmaqalı belə şərh edib.
Onun sözlərinə görə, Tramp "başqalarını aşağılayaraq" özünü təsdiq edir.
"Bu mənim Ağ Evdə kiməsə tövsiyə edə biləcəyim xarakter deyil", - deyə Obama Çikaqoda demokratlara seçkiqabağı dəstək tədbirində çıxışı zamanı bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/obama-abs-prezidenti-tramp-xarakterli-olmamalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR