Çində dörd ev uçdu

Çində dörd ev uçdu
06:14 10 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Çjetsyan əyalətində dörd yaşayış evi uçub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident yerli vaxt ilə saat 04:00 radələrində Vençjou şəhərində qeydə alınıb. 

 

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. İlkin məlumata əsasən, dağıntılar altında 20 nəfər qalıb. 6 nəfərin xilas edildiyi bildirilir.

 

 Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. İnsidentin səbəbləri araşdırılır. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR