İsveçin Malmö şəhərinin mərkəzində güclü partlayış baş verib

İsveçin Malmö şəhərinin mərkəzində güclü partlayış baş verib
07:02 10 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu gün gecə saatlarında İsveçin Malmö şəhərinin mərkəzində yerləşən "Babel" gecə klubunun binası qarşısında güclü partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə yerli "Sydsvenskan" qəzeti yazıb.
Məlumata görə, partlayış nəticəsində ölən və yaralanan olmayıb.
Nəşr yazır ki, partlayıcı qurğu naməlum şəxslər tərəfindən gecə klubunun giriş qapısına qoyulub. Hadisə baş verən zaman klub bağlı olub. Nəticədə müəssisənin qapısına və pəncərəsinə ziyan dəyib. Partlayış o qədər güclü olub ki, qonşu məhəllələrin sakinləri yuxudan ayılıb.
Şübhəli şəxslər hələ ki, yaxalanmayıb. Ərazi mühasirəyə alınıb.



Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-svecin-malmo-seherinin-merkezinde-guclu-partlayis-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR