Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yumurtasız şokoladlı kekslər - FOTO

Yumurtasız şokoladlı kekslər - FOTO

Date: 10 October 2016 07:05

Milli.Az yumurtasız şokoladlı kekslərin hazırlanma qaydasını təqdim edir

Günün təamı - buğlama

Tərkibi (8 pay): 

375 q un

400 q şəkər tozu

60 q kakao tozu

14 q qabartma tozu

6 q duz

10 ml alma sirkəsi

20 ml vanil cövhəri

240 ml qoxusuz bitki yağı

475 ml soyuq su, yaxud qəhvə (dəmləmə)

İri qabda bütün quru ərzağı (un, şəkər tozu, kakao, qabartma tozu və duzu) qarışdırın. 

Bu qarışıqda 3 çala açın: biri iri, ikisi balaca. Balaca çalalardan birinə vanil cövhəri, o birinə alma sirkəsi, iri çalaya yağı tökün. 

Hamısının üstünə soyuq su (yaxud qəhvə) töküb intensiv qarışdırın. 

Formaları bitki yağı ilə yağlayın. 3/4-ü qədər xəmir doldurun. 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. 

Soyuyandan sonra formadan çıxarıb üzərinə şəkər pudrası səpin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az











Tags:  Yumurtasız şokoladlı kekslər FOTO

RƏYLƏR


Top news