Təhsil müəssisələrində veb-kameralar olsunmu?

Təhsil müəssisələrində veb-kameralar olsunmu?
07:32 10 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq (18 May 2017 09:17)
Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq (18 May 2017 08:01)
Məcburi köçkün tələbələrə ŞAD XƏBƏR (16 May 2017 12:17)

Ekspertlərin fikirləri haçalanır; "lazımdır" deyənlər də var, "münasibət güvən üzərində qurulmalıdır" söyləyənlər də

Özəl məktəb və uşaq bağçalarında veb kameralar qoyulub. Hansı ki, valideynlər bu kameralar vasitəsilə istənilən an uşağın nə etdiyini və müəllimin onunla necə davrandığını izləyə bilirlər. Dövlət təhsil müəssisələrinin çoxunda isə buna rast gəlinmir. Ekspertlər hesab edirlər ki, dövlət təhsil müəssisələrində "onlayn" kamera görüntülərini izləmə funksiyası olsaydı, təhsil və nizam-intizamla bağlı problemlər aradan qalxardı.

Milli.Az bildirir ki, Sabirabad rayonu Babək Rəhimov adına Qəzli kənd tam orta məktəbinin direktor müavini Zəka Cabbarlının "Ekspress"ə dediyinə görə, dövlət məktəblərinə və uşaq bağçalarına bu xidmətin tətbiqi valideynlərin köməyinə çatar: "Düşünürəm, bu xidmət dövlət bağçalarına daha çox vacibdir. Və məktəblərin idarə olunmasında mühüm rol oynayar. Müəllim və şagirdlərdə əlavə məsuliyyət hissi yaradardı. Kamera vasitəsilə izləmə xidməti olduqda, uşaq bağçalarında uşaqların qidalanması, yuxu rejimi və dərs məşğələləri qaydasında olacaq. Rəhbərlik və kollektiv fəaliyyətlərinin hər an izləndiyini düşünəndə, daha çox çalışacaqlar və daha ciddi rəqabətə şərait yaranacaq".

Cabbarlı qeyd edib ki, dövlət təhsil müəssisələrində də bu xidmətin tətbiqi sayəsində, valideynlərə övladlarının təhsili və davranışları ilə bağlı geniş izahatlara da ehtiyac olmayacaq: "Hər şey göz önündə olacaq. Övladı ilə düzgün davranmağı bacarmayan valideynlərinsə övladlarına qarşı evdəki davranışları müsbətə doğru dəyişəcək, çünki bağçada əsl müəllimlərin necə nəvazişlə, sevgiylə uşaqlara yanaşmağını görən valideynlər dəyişməyə çalışacaq".

Direktor müavini hesab edir ki, mərkəzdə yerləşən müəssisələr buna tam hazır olsalar da, kəndlərdə bunu tətbiq etmək hələ mümkün deyil. Bunu isə kənd yerlərində yerləşən müəssisələrin diqqətdən kənar qalması ilə əlaqəlindirir. Dediyinə görə, xüsusi maarifləndirmə tədbirləri də lazımdır ki, valideynlər bu xidməti başa düşsünlər.

"Şəms" körpələr evi və uşaq bağçasının administratoru Əminə Haxova qəzetimizə bildirib ki, uşaq bağçaları və körpələr evində kameraların quraşdırılmasının üstünlüyü valideynlərin səhərdən axşama qədər istədikləri vaxt uşaqlarını izləyə bilməsi və uşaqlarına görə rahat olmasıdır: "Valideynlər istənilən an kamera vasitəsilə müəllimlərin necə dərs keçdiyini, uşaqları ilə necə rəftar etdiyini görə bilirlər. Təhsil müəssisələrində kameraların quraşdırılması dərslərin yüksək səviyyədə keçirilməsi, ciddi qayda-qanun, nizam-intizamın gözlənilməsi üçün əvəzsiz vasitədir. Bir var, müdiriyyət ara-sıra gedib dərslərdə oturub, dərsin gedişatına nəzarət edir, bir də var ki, həm müdiriyyət, həm də valideynlər bunu həmişə izləyə bilirlər".

Onun sözlərinə görə, kamera quraşdırılan körpələr evi və ya təhsil müəssisəsində müəllim və tərbiyəçilər özlərini daha məsuliyyətli hiss edir. "Əlbəttə ki, kamera neqativ halları aradan qaldırır. Uşaqlar da hiss edirlər ki, onları görürlər və daha nümunəvi davranış sərgiləməyə çalışır".

Ə.Haxova bildirib ki, uşaq bağçalarında kameraların quraşdırılması sayəsində valideynlər uşaqlarının vaxtlı-vaxtında yeməyinə, yatmağına, əl-üzünün necə yuyulmasına, uşağa necə qulluq olunmasına nəzarət edə bilir: "Əgər uşaq yıxılıbsa, valideyn görür ki, uşağa necə qulluq edirlər və s. Biz özümüz də kameraları izləyirik və müəllimlərin nöqsanları olanda aradan qaldırmağa çalışırıq. Uşaqlar yatanda baxırıq, oyaq qalan uşaq olanda müəlliməni xəbərdar edirik. Elə olur ki, uşaqlar durub gəzir, bir-birinə yatmağa mane ola bilərlər. Kamera vasitəsilə biz bunları aradan qaldıra bilirik. Bundan başqa, müəllim dərs keçərkən nəyisə yaddan çıxara bilər. Amma kamerada izləyərkən müdir və ya digər buna cavabdeh işçilər bu haqda müəlliməni xəbərdar edir. İşçilərin işə necə gedib-gəlməyinə də kamera vasitəsilə nəzarət olunur",- deyən müsahibimiz onu da vurğulayıb ki, əsasən dövlət bağçalarında işçilər uşaqların yeməyi üçün nəzərdə tutulan ərzaqları mətbəxlərdən daşıyırlar.

Haxova qeyd edib ki, kameralar, əsas məsələ, uşaqları döymək, incitmək məsələsini aradan qaldırmağa kömək edir: "Uşağı döymək olmaz. Valideyn belə uşağı döydükdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Müəllim uşağı döyübsə, valideynin onu məhkəməyə verməyə ixtiyarı var".

Təhsil müəssisələrində quraşdırılan kameralara görə yaşanan nöqsanlara gəlincə, administrator bildirib ki, valideynlərlə müəllim arasında bəzən anlaşılmazlıqlar olur: "Məsələn, kamerada baxır ki, uşaq yeməkdən bir qədər yeyir və elə olur ki, sonra yemək istəmir. Biz də onu zorla yedizdirə bilmərik. Bununla bağlı valideyn narazılıq edə bilər. Narazılıqlar olanda valideynlə əlaqə yaradır və nöqsanları aradan qaldırmağa, başa salmağa çalışırıq".

Onun sözlərinə görə, təhsil müəssisələrinə kameraların quraşdırılması və bu xidmətin təklif olunması baha başa gəlir: "Amma dövlət bağçaları nə qədər yaxşı olsa da, bu xidmət olmadığı üçün dövlət bağçasından uşağı çıxarıb özəl bağçalara gətirən valideynlər də olur. Kamera valideynləri cəlb edir".

Psixoloq Orxan Oruc əməkdaşımızla söhbətində bildirib ki, təhsil müəssisələrində kameraların geniş tətbiqinin fəsadları çıxa bilər: "Kamera bütün ərazilərdə təhlükəsizlik və ya nəzarət məqsədilə quraşdırılır. Nəzarətə də güvənin olmadığı yerlərdə ehtiyac yaranır. Müəllimlərə nəzarət məqsədilə kameraların quraşdırılması həmin müəllimə, işçiyə inamın olmamasını göstərir. Bu isə müəllimlərin, uşaqların fəaliyyətinə də mənfi təsir göstərəcək. Onlar özlərini daim nəzarətdə hiss edəcəklər. Müəllimlər diqqətini işə yönəltməkdənsə, daha çox kameraya diqqət yetirəcək və "görəsən, kameraya düşdüm", "nəyi çəkdilər?" kimi fikirlərlə həyəcan keçirəcəklər ki, bu da onların iş fəaliyyətlərinə mənfi təsir göstərəcək. Diqqətin əksər hissəsi özünənəzarətə yönələcək".

Dediyinə görə, eyni zamanda şagirdlər də özlərini sərbəst apara bilməyəcək, onlar özlərinə basqı hiss edəcəklər. "Şagirdlər sərbəstliyə qarşı ac qalacaqlar və kameradan kənar yerlərdə bu sərbəstlik aclığı konpensasiya etməyə çalışacaqlar ki, bu da yeni problemlərə yol açacaq. İnsanlar münasibəti kamera ilə nəzarətlə deyil, güvən üzərində qurmalıdır", - deyə psixoloq qeyd edib.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Monqolustanda bu gün prezident seçkiləri keçiriləcək

26 İyun 2017 07:43

"Bekhemi uzun müddət gözlədik, sonra Ronaldinyonu transfer etdik"

26 İyun 2017 07:42

Valideynlər övladlarını belə yamsıladılar - FOTO

26 İyun 2017 07:37

"Türkiyədən təklif almışdım, amma..."

26 İyun 2017 07:32

Çimərlikdə köpək balığı göründü - İnsanlar təxliyə edildi

26 İyun 2017 07:23

Yediyiniz meyvələrin tərkibindən xəbəriniz varmı? - SİYAHI

26 İyun 2017 07:22

Sakit okeanda zəlzələ baş verdi -

26 İyun 2017 07:20

"Qalatasaray"ın futbolçusu: "Fənərbağça"nın qapısına mütləq qol vuracam"

26 İyun 2017 07:17

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

26 İyun 2017 07:12

Yəməndə üsyançılar məsciddəki şəxslərə atəş açıblar: ölənlər və yaralananlar var

26 İyun 2017 07:07

Pəhriz saxlayanlar üçün kəsmikli bulka - RESEPT

26 İyun 2017 07:05

ABŞ-da 32 il qabaq həbsxanadan qaçan məhbusu tutulub

26 İyun 2017 06:50

Daşkəsən sakini bıçaqlandı

26 İyun 2017 06:43

Köhnə dəyirmanda ev - FOTO

26 İyun 2017 06:32

İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

26 İyun 2017 06:22

Pakistanda yanğın qurbanlarının sayı artdı

26 İyun 2017 05:59

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 05:55

Tovuzda 29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 05:48

Xorvatiya dağlarında qara ev - FOTO

26 İyun 2017 05:32

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

26 İyun 2017 05:17

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 05:15

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -

26 İyun 2017 05:12

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50