Nailə Vəlixanlı: "Aida İmanquliyeva öz əsərlərində, doğmalarının, əzizlərinin və dostlarının ürəklərində, əməllərində və xatirələrində yaşayır"

Nailə Vəlixanlı: "Aida İmanquliyeva öz əsərlərində, doğmalarının, əzizlərinin və dostlarının ürəklərində, əməllərində və xatirələrində yaşayır"
08:05 10 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün görkəmli elm nümayəndələrindən biri, şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın ad günüdür.

Milli.Az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik, professor, AMEA-nın həqiqi üzvü Nailə Vəlixanlı Aida xanım haqqında xatirələrini Trend-lə bölüşüb.

N.Vəlixanlı bildirib ki, o, özünü xoşbəxt sana bilərdi: "Dünyaya gəldiyi gündən həyat onun üzünə gülmüşdü. Onu sevən, nazını çəkən, qayğısına qalan sevimli ata-anası, qohumları, ona bilik dəryasında sərbəst üzməyi öyrədən cəfakeş müəllimləri vardı. Tale ona öz istilik və hərarəti ilə ata ocağından geri qalmayan ər ocağı, hər valideynə qismət olmayan övlad səadəti qismət etmişdi. Aida İmanquliyeva dərin dərrakə və səriştəsini gərgin zəhmət bahasına qazandığı biliklərlə zənginləşdirmiş, fitri istedadından bəhrələnərək seçdiyi və sevdiyi peşəsində ən yüksək pilləyə çatmağa nail ola bilmişdi. Seçdiyi peşə isə dərin bilik və zəka, böyük zəhmət tələb edən alimlik idi".

Onun sözlərinə görə, Aida İmanquliyeva onu tanıyanların yaddaşında gözəl simalı xanım, yüksək intellekt sahibi olan insan, dərin bilikli, istedadlı alim kimi qalıb: "Onun XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatının qarşılıqlı problemlərinə dair böyük marağa səbəb olan araşdırmaları elm aləmində xüsusi əhəmiyyət kəsb edib, yüksək elmi dairələrdə layiqincə qiymətləndirilib. Maraqlıdır ki, Şərq-Qərb mədəniyyətlərini, onların bir-birinə təsirini tədqiq edən Aida xanımın simasında həmin mədəniyyətlərə məxsus ən gözəl cizgi və xüsusiyyətlər öz əksini tapıb".

N.Vəlixanlı qeyd edib ki, Aida İmanquliyeva ilə ilk dəfə uşaqlıq dövründə görüşüb: "Bizim bağlarımız bir-birinə yaxın olub. Sonra eyni məktəbdə - 132 saylı məktəbdə oxuduq. Aida xanım məktəbi məndən bir il öncə bitirdi. Həmin il universitetdə ərəb bölməsi açılmışdı, məktəbimizdən Aida ilə birlikdə Rəna Əhmədova və Nərmin Sultanlı da bu bölməyə daxil olmuşdular. Mənim məhz ərəb bölməsinə daxil olmağım da onlara görə baş verdi. Sonra birlikdə eyni fakültədə oxuduq. Nəhayət, uzun illər birlikdə çalışdığımız Şərqşünaslıq İnstitutu bizim doğma evimizə çevrildi".

O bildirib: "1992-ci ilin fevralında Şərqşünaslıq İnstitutundan Tarix İnstitutuna keçməyimlə əlaqədar ərizəmlə yeni direktor təyin edilmiş Aida xanımın yanına gəldim. Çox səmimi söhbətimiz oldu. Getməyimə heyfsləndiyini bildirdi və dedi: "Nə vaxt qayıtmaq istəsən, həmişə yerin var". Aida xanımın səmimi sözləri məni kövrəltmişdi. Bu hadisədən az bir müddət keçdikdən sonra Aidanın xəstələnərək işə gəlmədiyini eşitdim. Sən demə, bu, bizim bu fani dünyada son görüşümüz imiş...О gündən artıq 24 il keçib. Nə tez keçdi bu illər...Biz artıq yaşa dolmuşuq. Aida xanımın bu gün 77 yaşını qeyd etsək də, yaddaşlarımızda ona zinət olan sadəliyi, cavanlığı, gözəlliyi və cazibədarlığı ilə qalıb. Gözlərimi yumub simasını canlandırmağa çalışsam da, onu yaşlaşmış təsəvvür edə bilmirəm. Gözlərimin qarşısına ilk növbədə onun gülər üzü gəlir. Gözəl simasını işıqlandıran gülüşü vardı: yaraşıqlı, badamı qara gözləri qıyılaraq nurla dolur, sanki qığılcımlar saçırdı. Sonra onun xəfif gülüşünü, həzin, gözəl səsini eşidirəm. Onunla danışmaq, əvvəllər olduğu kimi hal-əhval tutmaq, dərdləşmək istəyirəm. İnanıram ki, Aida haqq dünyasında, sevdiklərinin başı üzərindədir".

N.Vəlixanlı deyib ki, əslində, hər kəs öz qismətini yaşayır: "Birinin həyatı uzun və mənasız, о birininki isə qısa və mənalı olur. Mənalı və məzmunlu həyat hər kəsə qismət olmur, ölümündən sonra yaşamaq isə az adama nəsib olur. Aida İmanquliyeva öz əsərlərində, onu unutmayan qohumlarının və yaxınlarının, dostlarının ürəklərində, əməllərində və xatirələrində yaşayır".

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bazarlarda pomidor ucuzlaşdı -

30 Mart 2017 01:12

Messi günahını boynuna almadı: “Hakimə söyməmişəm”

30 Mart 2017 00:59

“Elektron ipoteka” sistemi “Elektron hökumət”-ə qoşuldu

30 Mart 2017 00:44

SON DƏQİQƏ: Bağdadda partlayış baş verib -

30 Mart 2017 00:42

Bağdadda partlayış: 13 ölü, 40 yaralı

30 Mart 2017 00:39

Türkiyədə klub prezidentinə silahlı hücum

30 Mart 2017 00:34

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər -

30 Mart 2017 00:26

"Yutub"da uşaqlar üçün TƏHLÜKƏLİ VİDEOLAR - Valideynlərə xəbərdarlıq!

30 Mart 2017 00:23

29 yaşlı oğlan bıçaqlandı - Gədəbəydə

30 Mart 2017 00:14

Uşağın immunitetini necə möhkəmləndirək?

30 Mart 2017 00:05

Günün qoroskopu: ən çox qaçdığınız nöqsandan qurtulmaq çətindir

30 Mart 2017 00:05

Böhran zamanı ən yaxşı biznes hansıdır?

29 Mart 2017 23:58

On beş il bar verməyən ağacın meyvəsi

29 Mart 2017 23:57

UEFA prezidenti sözünün üstündə durdu

29 Mart 2017 23:57

Vəzərinin yarpaq və toxumları vitaminlərlə zəngindir

29 Mart 2017 23:57

Türkiyə Suriyada yeni əməliyyat keçirə bilər

29 Mart 2017 23:54

Meşədə qaçan naməlum varlıq kameraya tuş gəldi - ŞOK VİDEO

29 Mart 2017 23:53

Vitamin çatışmazlığının ƏSAS SİMPTOMLARI

29 Mart 2017 23:52

Möhkəm sümüklər, sağlam ürək və qaraciyər. KÜNCÜTün inanılmaz faydaları

29 Mart 2017 23:52

"Daha bir il burada qala bilərəm"

29 Mart 2017 23:52

Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI

29 Mart 2017 23:52

Avropa çempionatı:

29 Mart 2017 23:44

Aralarında 5, 10, hətta, 20 yaş fərq var - SİYAHI - FOTO

29 Mart 2017 23:42

Xoşbəxt sevgili olmaq üçün 5 QAYDA

29 Mart 2017 23:42

Müalicəvi zəlinin saxlanılma qaydası

29 Mart 2017 23:42

Yəməndə "Əl-Qaidə" silahlıları məhv edilib

29 Mart 2017 23:42

Azərbaycanda yeni istifadəyə verilən yoldan möhtəşəm görüntü - FOTO/VİDEO

29 Mart 2017 23:38

Limonun inanılmaz faydaları

29 Mart 2017 23:37

Viktoriya bunu ilk dəfə edir

29 Mart 2017 23:32

58 yaşı olsa da, cazibədarlığı heyran etdi - FOTO

29 Mart 2017 23:32

Yerfındığının faydaları

29 Mart 2017 23:32

Hamilə qalmaq istəyənlər içsin - XÜSUSİ RESEPT

29 Mart 2017 23:32

"Yuventus"un futbolçusu üçün mövsüm bitdi

29 Mart 2017 23:32

Trampın reytinqi düşməyə davam edir -

29 Mart 2017 23:26

Ürək üçün faydalı, həyat üçün zəhərli

29 Mart 2017 23:22

AÇ-2017: İkinci gün 1 qızıl və 2 bürünc medal qazandıq

29 Mart 2017 23:22

Trampa dəstək reytinqi antirekord vurdu

29 Mart 2017 23:19

Türkiyə "Fərat qalxanı" əməliyyatının başa çatdığını bəyan edib

29 Mart 2017 23:12

Banka borcu var idi, intihar etdi

29 Mart 2017 23:12

Təsir gücü bitkilərdən də üstün olan göbələklər

29 Mart 2017 23:12

Heyvanlar da yuxu görür?

29 Mart 2017 23:12

Sabiq turizm naziri həbs olundu - FOTO

29 Mart 2017 23:08

Dodaqlarda yaşayan qorxunc virus

29 Mart 2017 23:05

Banka borcu olan kişi özünü öldürdü - Şəkidə

29 Mart 2017 23:04

"Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik" -

29 Mart 2017 22:58

Bu reyslərdə planşet və noutbuklara icazə verildi

29 Mart 2017 22:57

Ağcabədidə 13 yaşlı məktəbli qızı qaçırdılar - CİNAYƏT

29 Mart 2017 22:53

Sağlam və parlaq saçlar üçün YUMURTA MASKASI

29 Mart 2017 22:52

Colidən növbəti xeyirxah addım

29 Mart 2017 22:52

Hava limanına Ronaldonun adı verildi - FOTO

29 Mart 2017 22:43