Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağ ev Türkiyədə yeni terror aktlarını pisləyib

Ağ ev Türkiyədə yeni terror aktlarını pisləyib

Date: 10 October 2016 08:12

Ağ ev Türkiyədə baş vermiş yeni terror aktlarını pisləyir.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu Ağ evin milli təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays deyib.

"ABŞ bugünki Türkiyənin cənub-şərqində nəzarət-buraxılış məntəqəsinə hücumu qətiyyətlə pisləyir. Hücum nəticəsində çox insan həlak olub və yaralanıb, həmçinin mülki şəxslər. Biz cümə axşamı İstanbulda polis məntəqəsinin yaxınlığında bomba və motosiklet istifadə etməklə hücumuda pisləyirik", - Prays deyib.

O xatırladıb ki, PKK polis məntəqəsinə hücuma görə məsuliyyəti üzərinə götürüb. Onun sözlərinə görə, ABŞ PKK tərəfindən törədilən zorakılıqdan narahatdır və həlak olanların ailələrinə başsağlığı verir.

Ned Prays sonda qeyd edib ki, Vaşinqton terrorla mübarizədə Türkiyəyə dəstəyini davam etdirəcək.

Milli.Az


Tags:  ev Türkiyədə yeni terror aktlarını pisləyib

RƏYLƏR


Top news