Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

Qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

Date: 10 October 2016 08:42

İmişlidə qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, onlardan qanunsuz yolla ovlanmış çöl quşları və xeyli miqdarda sursat aşkar edilib.

Daxili işlər Nazirliyi  Baş ictimai təhlükəsizlik idarəsi və İmişli rayon poliş şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması məqsədi ilə İmişli rayonun çöl ərazilərində eydlər həyata keçirib. Reydlər zamanı müxtəlif yerlərdə  qanunsuz ovla məşğul olan şəxslər aşkar edilib. Bəzi brakonyerlər silahlarını və ovladıqları quşları əraziyə ataraq qaçıb.
 
Reyd zamanı iki nəfər brakonyer - İmişli rayon sakinləri, Sadıqov Qədim və Baxşəliyev Ülvi polis əməkdaşları  tərəfindən saxlanlıb. Reyd zamanı iki ədəd qoşa lülə, bir ədəd beşaçılan, bir ədəd tək lüləli ov tüfəngləri polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülüb.

Milli.Az


Tags:  Qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb

RƏYLƏR


Top news