Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tailand kralının vəziyyəti pisləşib

Tailand kralının vəziyyəti pisləşib

Tarix: 10 Oktyabr 2016 08:57

Bakı. 10 oktyabr. REPORT.AZ/ Tailand kralı IX Ramanın (Pxumipon Adulyadet) səhhəti pisləşib.
"Report" xəbər verir ki, bu barədə "Bangkok Post" nəşri yazıb.
Məlumata görə, ötən gün aparılan hemodializ prosedurundan sonra o, qeyri-stabil vəziyyətdədir.
Həkimlərin məlumatına görə, qanı təmizləndikdən sonra 88 yaşlı monarxın təzyiqi kəskin aşağı düşüb. Krala lazımi dərman preparatları verilib və o, böyrəklərin süni havalandırılması aparatına qoşulub.

Teqlər:  Tailand kralının vəziyyəti pisləşib



RƏYLƏR


Top xəbərlər