Buraxılış imtahanı qaydalarının dəyişməsi hansı nəticələri doğuracaq? - EKSPERT RƏYİ

Buraxılış imtahanı qaydalarının dəyişməsi hansı nəticələri doğuracaq? - EKSPERT RƏYİ
09:05 10 Oktyabr 2016
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər il buraxılış imtahanlarının nəticələri 4 faiz yaxşılaşır - Nazirlik (28 Aprel 2017 15:14)
İlk qəbul imtahanı üçün buraxılış vərəqələri verilir (21 Aprel 2017 17:34)
Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlandı (20 Aprel 2017 18:08)

Orta məktəblərdə buraxılış imtahanlarının qaydaları dəyişdirildi. 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

Yeni qaydalar Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşlarından ibarət işçi qrup tərəfindən işlənib hazırlanıb, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sonuncu iclasında müzakirəyə təqdim olunub, Şura üzvlərinin rəy və fikirləri nəzərə alınıb.

Ekspertlər hesab edirlər ki, imtahan qaydalarının tez-tez dəyişdirilməsi tədris prosesində böyük yanlışlıqların olmasını göstərir. Bildirilir ki, tədris prosesi qaydasında olsaydı və nöqsanlar təhsilin inkişafını axsatmasaydı, keçən ilin imtahan qaydaları növbəti il üçün də keçərli olardı.

Yeni qaydaların əsas müddəalarına görə, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı  təqdim ediləcəkdir. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.

Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilmir və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilmir.    

Milli.Az xəbər verir ki, təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov "Ekspress"ə bildirib ki, imtahanlarla bağlı bu qədər dəyişikliklərin edilməsi mənfi haldır: "Bu qaydalarda nə qədər dəyişikliklər aparmaq olar, axı? Bu "imtahan-imtahan oyunu"na son qoyulacaq, ya yox? Bu son 10-15 ildə imtahanlarla bağlı edilən limitsiz forma dəyişiklıkləri təhsilimizin məznununda heç nəyi dəyişdirməyib. Yeni dəyişikliklər nəyi dəyişəcək ki?"

Onun sözlərinə görə, ifrat mərkəzləşmə müəllimin, məktəbin nüfuzunu sarsıtmaq, onlara olan etibarı sıfıra endirməklə yanaşı, həm də cəmiyyət üzvləri arasında mənasız şaşqınlıq və narahatçılıq yaradır. "İslahat Proqramının təhsilin humanistləşməsi, demokratikləşdirilməsi, səlahiyyətlərin bölüşdürülməsi, funksiyaların yuxarıdan aşağıya paylaşdırılması yolu ilə təhsilin inhisarsızlaşdırılması prinsipi unudulub və arxivə göndərilib. Niyə məktəblərə, orada çalışan müəllimlərə etibar edib, öz imtahanlarını keçirməyə şans vermirlər? Onları ki bu vəzifələrə aidiyyatı qurum özü təyin edib. Hesab edirəm ki, təkcə imtahanların keçirilməsini deyil, elə müəllimlərin işə qəbulunu da, məktəb rəhbərlərinin vəzifəyə təyinatını da yerlərə həvalə etməyincə, belə dəyişikliklər hələ çox olacaq. Bu qədər dəyişiklik etməkdənsə, təhsilin yuxarı idarəetmə orqanları yerli təhsil orqanları üzərində ciddi nəzarət sistemi yaratmalıdır".

Təhsil sahəsi üzrə ekspert Məhərrəm Zülfüqarlı qəzetimizə bildirib ki, orta məktəblərdə imtahanların düzgün keçirilməsi şagirdlərin imtahanlara öyrəşməsi istiqamətində vacibdir: "Məktəb vaxtı imtahan verən şagirdlər qəbul imtahanlarını daha rahat verirlər. Lakin imtahan qaydalarının tez-tez dəyişdirilməsi şagirdləri, valideynləri və müəllim heyətini çaşdırır. Ümumiyyətlə, tarixən imtahandan çox məşhur şəxslər də ehtiyat ediblər" deyən Zülfüqarlı da hesab edir ki, imtahanların qaydalarının dəyişdirilməsi, imtahanlarla bağlı tez-tez müxtəlif təcrübələrin aparılması yaxşı hal deyil. Dediyinə görə, imtahanların keçirilmə qaydaları stabilləşməlidir. Həmsöhbətimizin fikrincə, həm qəbul, həm də orta məktəblər üçün vahid imtahan qaydaları müəyyənləşərsə, uşaqlar da buna uyğunlaşar. "Əlbəttə ki, 9-cu sinif şagirdlərindən birdən-birə DİM-in imtahan götürməsi uşaqlara psixoloji mənfi təsir edir. Bu amil də nəzərə alınmalıdır".

Məhərrəm Zülfüqarlı deyib ki, Məleykə Abbaszadənin rəhbərlik etdiyi qurum - TQDK keçid dövrü üçün nəzərdə tutulmuşdu: "1992-ci ildə tələbə qəbulu universitetlərdən alınıb TQDK-ya verildi. Bu ona görə baş verdi ki, ali təhsil müəssisələrinə qəbul olarkən və orada təhsil alarkən yerlibazlıq, rüşvət, neqativ hallar baş alıb gedirdi. Artıq 25 il keçib. İndiyədək bu məsələ - universitet və məktəblərdə rüşvət, yerlibazlıq və s. kimi hallar öz həllini tapmalı idi. Çox təəssüf ki, bəzi təhsil müəssisələrində bu neqativ hallar qalmaqdadır. Ona görə TQDK, indi də DİM bu işi aparır. Orta məktəblərdə neqativ hallar olmasaydı, orta məktəblər özləri bu imtahanları götürsəydilər, TQDK-ya və ya DİM-ə ehtiyac olmazdı. İnkişaf etmiş ölkələrdə qəbul imtahanlarını universitetlər, orta məktəbdə imtahanları da məktəblər özləri keçirir və imtahan keçirilməsi üçün heç kimin onların başının üstündə dayanıb nəzarət etməsinə ehtiyac olmur. Yaxşı olardı ki, təhsil müəssisələrində neqativ hallar olmasın və imtahanları məktəb və universitetlər özləri keçirsin".

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

ABŞ-da uzaq məsafəyə yükdaşıma mədəniyyəti necə formalaşdı? - FOTOLAR

29 Aprel 2017 09:33

Daha bir ölkədə çempion bəlli oldu

29 Aprel 2017 09:32

Çempionun səfər sınağı

29 Aprel 2017 09:27

Marixuana leqallaşdırıldı

29 Aprel 2017 09:18

Deputat: "AŞ PA-nın qərarı Türkiyəyə təzyiq etmək məqsədi güdür"

29 Aprel 2017 09:17

"Real" "Valensiya"nı qəbul edir, Kataloniyada derbi

29 Aprel 2017 09:17

Nobel prospektində yeraltı piyada keçid istifadəyə verilib

29 Aprel 2017 09:12

Əcnəbi tələbələr oxumaq üçün daha çox Azərbaycanın hansı ali məktəblərini seçir?

29 Aprel 2017 09:12

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR, ŞƏRTLƏR, TƏLƏBLƏR

29 Aprel 2017 09:09

Tramp ikinci müddətə prezident seçiləcəyinə əmindir

29 Aprel 2017 09:05

“Lenovo” “Zuk” brendini ləğv edir

29 Aprel 2017 09:05

Azərbaycanlı məmur qızının yeni fotoları yayıldı

29 Aprel 2017 09:05

"Instagram"dan sevindirici xəbər

29 Aprel 2017 09:03

Meksikada marixuana leqallaşdırıldı

29 Aprel 2017 08:57

Galaxy S8+-in ekranının dəyişilməsi neçəyə başa gələcək?

29 Aprel 2017 08:57

Obama 400 min dollar qazandı

29 Aprel 2017 08:57

“Əbu Səyyaf”ın lideri məhv edilib

29 Aprel 2017 08:52

Sergey Brinin gizli və sirli layihəsi

29 Aprel 2017 08:52

"Barselona" və "Real"ın əfsanələri 38 min tamaşaçının qarşısında oyun çıxartdı - VİDEO

29 Aprel 2017 08:48

Qəbələdə və Cəlilabadda yanğın olub

29 Aprel 2017 08:47

“Uber”in uçan taksini nə vaxt təqdim edəcəyi məlum oldu

29 Aprel 2017 08:47

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV mövsümə yekun vurulacaq

29 Aprel 2017 08:47

Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı

29 Aprel 2017 08:42

İlk təhlükəsiz smartfon təqdim edildi

29 Aprel 2017 08:42

Bağdadda partlayış: 6 ölü

29 Aprel 2017 08:37

“Samsung”dan sürücülər üçün yenilik

29 Aprel 2017 08:37

Venesuela rəsmən Amerika Dövlətləri Təşkilatından çıxdı

29 Aprel 2017 08:33

"Skonto" hərraca çıxarılıb

29 Aprel 2017 08:32

"Ağıllı" balış hazırlanıb - VİDEO

29 Aprel 2017 08:32

Şimali Koreya ballistik raketi sınaqdan keçirib

29 Aprel 2017 08:27

“Instagram”da aktiv istifadəçilərin sayı 700 milyonu ötdü

29 Aprel 2017 08:27

Albaniya yeni prezidentini seçib

29 Aprel 2017 08:22

Əlillər üçün yeni qurğu yaradılıb - VİDEO

29 Aprel 2017 08:22

FIFA prezidentinə qarşı araşdırma başlandı

29 Aprel 2017 08:18

Xəzər dənizində zəlzələ olub

29 Aprel 2017 08:17

"Süni intellektə öz xatirələrimizi yükləyə biləcəyik"

29 Aprel 2017 08:17

Salyanda yaşlı kişini maşın vurub

29 Aprel 2017 08:17

“iPhone 8” haqqında video hazırlandı - VİDEO

29 Aprel 2017 08:12

Monteneqro NATO-ya üzv olur

29 Aprel 2017 08:12

Wemogee nitq qüsurlu insanlara kömək edəcək - VİDEO

29 Aprel 2017 08:12

Google Play-dəki virus 2 milyon smratfonu yoluxdurdu

29 Aprel 2017 08:05

Terror təşkilatının liderlərindən biri öldürüldü

29 Aprel 2017 08:05

Cəlilabadda yaşayış evi əşyaları ilə birgə yandı

29 Aprel 2017 08:03

Bakıda eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb

29 Aprel 2017 08:02

Bakıda tükürpədən qəza - Maşın piyadanın üzərindən keçdi

29 Aprel 2017 07:58

"Barselona" və "Real"ın keçmiş ulduz futbolçuları üz-üzə gəlib

29 Aprel 2017 07:57

Bu sintezator istənilən səsi kopyalayır

29 Aprel 2017 07:57

Filippində zəlzələdən sonra sunami təhlükəsi elan olunub - YENİLƏNİB

29 Aprel 2017 07:52

Google rəyləri tərcümə edəcək

29 Aprel 2017 07:42

Yeni Core M3 prosessoru təqdim olundu

29 Aprel 2017 07:37