Ramil Şeydayev azarkeşlərə səsləndi: "Daha diqqətli olun"

Ramil Şeydayev azarkeşlərə səsləndi: "Daha diqqətli olun"
09:22 10 Oktyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Norveçə qalib gələn (1:0) millimizin hücumçusu Ramil Şeydayev azarkeşlərə təşəkkür edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Feysbuk hesabı vasitəsilə tərəfdarlara minnətdarlığını bildirən xəsarət alan azarkeşə də şəfa diləyib.

"Bütün azarkeşlərimizə dəstəyə görə dərin təşəkkürümü bildirirəm, bu, sizin qələbənizdir!

Təəssüf ki, azarkeşlərimizdən biri oyundan qabaq yıxılıb xəsarət almışdır, ona tezliklə sağalmasını arzulayırıq! Daha diqqətli olun! Hamınıza təşəkkür edirəm!" - deyə gənc futbolçu sosial şəbəkə hesabında yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR