Tellinin xəngəli, Teymur əminin "tüfəngi", Gürcüstandakı Qulqpoyan dayı və... - HƏFTƏBECƏR

Tellinin xəngəli, Teymur əminin "tüfəngi", Gürcüstandakı Qulqpoyan dayı və... - HƏFTƏBECƏR
09:22 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (96-cı say) təqdim edir.

İki həftədir Qulpqoyan dayıdan yazmıram, az qala məni xalq düşməni elan edəsiniz. Məlumunuz olsun ki, kişi Gürcüstana maşın gətirməyə gedib. Orada da həmin vaxt parlament seçkiləri keçirilirmiş. Görüblər ki, düz danışan, sözünü deyən adamdır, deyiblər, bir gün də qal seçkiləri müşahidə elə, sonra gedərsən. İndi dəqiq bilmirəm, seçkidən sonra qayıdacaq, yoxsa orada qalacaq. Nöşün ki, ağsaqqal qadın tayfasına yaman meylli adamdır. Bir də gördün orada Ninodan, Tamaradan biri çıxdı qabağına, ilişdi qaldı Gürcüstanda. İndi də keçək başqa xəbərlərimizə.

Şou əhli cəmiyyətdə nüfuzunu necə itiribsə, kimin yanından azca yel ötən kimi onlardan görürlər. Əslində, camaatı da qınamalı deyil. Elə biri mən özüm. Vay odur ki, bir zənən şou nümayəndəsi haqda iki cümlə tənqid yazasan. O dəqiqə "sponsorları" adama hücum çəkir. Ona görə bəzən kimin neçə "sponsor"unun olduğunu öyrənmək üçün bir-iki cümlə tənqid yazıram, bəs edir. Yeri gəlmişkən, adətən, həmin imkanlı şəxslərin yaşı 40-dan 70-ə qədər olur. Hə, onu deyəcəkdim axı. Saytlar kriminal aləmlə bağlılıqları olan şou nümayəndələrinin siyahısını hazırlayıblar. Əməkdar artist Mətanət İsgəndərlidən tutmuş, Eyyub Yaqubova qədər xeyli adlar var o siyahıda. İntəhası, adı siyahıda olanların əksəriyyəti müxtəlif formada bu əlaqələrdən imtina edirlər. Təkcə mərhum xalq artisti İlhamə Quliyevanın bu mənada cəsarəti alqışa layiq idi. Yadınızdadırsa, sənətkar adının Hacı Məmmədovla hallandırılmasına belə reaksiya vermişdi:

"Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun "qara işləri"ndən bizim heç birimizin xəbərimiz yox idi. Mən anamı "Qarabulağ"a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi "Qarabulağ"ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki? Müxalifət qəzetlərindən biri mənim Hacı Məmmədovla şəklimi dərc eləmişdi. Baş redaktora zəng edib, dedim ki, ay qardaş, o yaxşı şəkil deyil, məndə Hacının cürbəcür şəkilləri var, istəyirsinizsə, sizə göndərim".

Xalq artisti Fidan Hacıyeva nadir hallarda müsahibə verən sənətçilərdəndir. Bunun da özlüyündə iki səbəbi ola bilər. Birincisi, sənətçi tamaşaçı, oxucu qarşısına hansısa yeniliklə çıxmaq istəyir. İkincisi isə əlçatmaz görünmək istəyi ola bilər. Mən də deyirəm ki, hər nə niyyətlə belə edirsə, Allah qəbul eləsin. Bu günlərdə bir müsahibə verib. Elə müsahibənin başlığı diqqətimi çəkdi, heç oxumadım da: "Gərək kişini yedizdirəsən, sonra istəyini deyəsən".

Fidan xanım, bəs bu 7-8 "sponsor" olanlar hansını birinci yedizdirsin? Bu yazıqlar əldən düşərlər ki. 7-8 nəfəri yedizdirəndən sonra adamın istəyini deməyə halı qalar? 
 
Meyxanaçı Rəşad Dağlı uzun müddət idi ki, efirə çıxmırdı. Uzun fasilədən sonra bir verilişdə qonaq oldu. Elə aparıcıyla verilişlərin səviyyəsindən danışırdılar ki, birdən Telli Borçalı girdi məclisə. Pis yerə yozmayın, amma bu yerdə məni Səyavuş Aslan demişkən, gic gülmək tutdu. Hələ də başa düşmürəm ki, niyə belə oldu. Bəlkə də "verilişə xəngəl yeyib gəlmişəm" dediyinə görə idi. Hər nəyə görə idisə, Telzada Kurbanovaya (əsl adı və soyadı belədir) təşəkkür düşür. Amma gərək səhər tezdənə də nə yeyəcəyini deyərdi.

Xanəndə Elnarə Abdullayeva haqda çoxdandır yazmırıq. Həmkarlarımızla söhbətində deyib ki, onların nəslində ikinci dəfə ərə getmək olmaz. Nədənsə bu açıqlamadan sonra da bir xeyli güldüm. Sağ olsunlar, bütün həftəni bu sənət adamlarının sayəsində deyib gülürük də.

Əməkdar artist Zöhrə Abdullayevanın da bu açıqlamasına toxunaq, sonra keçək Teymur əmiyə. Zöhrə xanım verilişlərdən birində gənc müğənniləri tənqid edib. Tənqid deyəndə ki, olduğunu deyib:

"Müğənnilər var ki, pullananda çaşırlar. Kasıbçılıqdan gəlib xalqın hesabına pullanırsız, varlanırsız, sonra da qudurursuz. Olmaz belə. El o müğənnini qəbul etməsə, istəyir lap dombalaq aşsın, o qəbul olunmayacaq. Mən bu cür danışanda çoxu mənə nifrət edir, eybi yox, qoy etsinlər. Onların mənə heç sevgisi də lazım deyil".

Zöhrə xanım, dediklərinizlə ikiəlli razıyam. Amma bir incə məqam var. Müğənni var ki, ildə bir dəfə toya çağırmırlar, bəs onları kim qaldırır?

Gəldik çıxdıq Teymur əmiylə Mətanət Əsədovanın məşhur söhbətinə. Deməli, xalq artisti Teymur Mustafayev verilişlərin birində Mətanət Əsədovayla qonaq olub. Muğam deyişməsinin şirin yerində, Teymur əmi qayıdasan ki, sənə qurban olum, ceyran Mətanət. Ovçuyam, yaxınına gələ bilmirəm. Çünki tüfəngim paslanıb, ata bilmirəm. Ovçuyam, könlüm pərvaz, Mətanət, eyləmə naz. Gəl gir, əminin qoluna. Atım saz, tüfəngim saz. Qəti qorxusu yoxdur. Mən bilən Teymur əminin yaşı 75-i keçib. Yəni nəinki tüfəng, heç bu yaşda tapança da işə yaramaz. Ağsaqqalın yaşını və başını nəzərə alanda (yeri gəlmişkən, saçına rəng qoyur) adam bir az duruxur. Sonra da düşünürsən ki, adam həyatda iki dəfə uşaqlaşır. Onlardan biri də yetmiş yaşdan sonraya təsadüf edir. Elə əmi də bunu nəzərə alıb başının hənasını kəm eləmir. 
Deyirlər ki, ağsaqqallar gənclərə nümunə olmalıdır. İndi Teymur əminin "tüfəngindən" danışdığını görən bir cavan xanəndə çıxıb efirdə "snayper"indən oxusa, qınayacağıq ki, ayıb olsun. Amma...

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Argentina millisinin sabiq üzvü "Qəbələ" ilə oyunu buraxacaq

22 İyul 2017 14:52

“Taliban” liderinin oğlu öldürüldü

22 İyul 2017 14:43

Əbədi işləyən elektrik velosipedi yaradıldı

22 İyul 2017 14:42

"Petro-Logistics"in hesabatı nefti 3% ucuzlaşdırıb

22 İyul 2017 14:42

Əli Həsənov iddialara cavab verdi: "Çox təəssüf ki..."

22 İyul 2017 14:39

Türk model: "Ronaldo məni Madridə çağırdı, getmədim" - FOTOLAR

22 İyul 2017 14:37

Azərbaycanlı şagirdlər Braziliyada keçirilən Riyaziyyat Olimpiadasında medal qazanıblar

22 İyul 2017 14:37

"3 Adam" Acunla razılaşa bilmədi, TV8-dən ayrıldı

22 İyul 2017 14:37

Telefon istifadəçilərinin nəzərinə: Bunları etsəniz...

22 İyul 2017 14:36

Şahin Diniyev: "Uşaqlar hazırlıq dövrünə ciddi yanaşırlar"

22 İyul 2017 14:32

"Bəziləri bu nəcib aksiyaya kölgə salmağa çalışır" - Əli Həsənov

22 İyul 2017 14:28

Bakıda polis turistin həyatını belə xilas etdi - FOTO

22 İyul 2017 14:27

"Qarabağ"ın oyununa təyinat alan referi üçüncü dəfə Bakıya gələcək

22 İyul 2017 14:27

Diş daşını təmizləməyin ev üsulu

22 İyul 2017 14:25

Filippində hərbi vəziyyətin müddəti uzadıldı

22 İyul 2017 14:22

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndələri Bakıda olub

22 İyul 2017 14:19

"Milan"ın növbəti hədəfi - Dieqo Kosta

22 İyul 2017 14:17

Qardaşı dünyasını dəyişən Aqil mükafatlandırma mərasimində - FOTOlar

22 İyul 2017 14:17

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

22 İyul 2017 14:17

Azərbaycanlı stilistin məşhur aktrisa ilə görüntüsü

22 İyul 2017 14:14

Sosial medianın fəal üzvü olan məşhurlar İlham Əliyevin addımını rəğbətlə qarşıladı - FOTOLAR

22 İyul 2017 14:13

Misirin baş prokurorunu öldürməkdə təqsirləndirilən 28 nəfərə edam cəzası verilib

22 İyul 2017 14:12

AZAL keçirdiyi tenderin davamından imtina edib

22 İyul 2017 14:12

Çətənə kolları əkən şəxs tutuldu

22 İyul 2017 14:09

Türkiyədəki dəhşətli zəlzələ Ayanı elə qorxutdu ki, bu qərarı verməyə məcbur oldu - FOTO

22 İyul 2017 14:05

Qüdrət Həsənquliyev: "Soçi görüşünün mühüm əhəmiyyəti var"

22 İyul 2017 14:03

Qızıl bahalaşdı

22 İyul 2017 13:59

Bakı Metropoliteni yükdaşıma xidmətləri ilə bağlı tender keçirir

22 İyul 2017 13:57

Məşhur aparıcılar Acunun kanalından GETDİ

22 İyul 2017 13:53

"Ayntraxt" holland müdafiəçinin transferini rəsmiləşdirdi

22 İyul 2017 13:52

Birjalarda neft

22 İyul 2017 13:52

Heyvanlar zəlzələni öncədən hiss edir?

22 İyul 2017 13:48

Cinsini dəyişmiş 11 məşhur şəxs

22 İyul 2017 13:48

15 min manatlıq paltar oğurlayan qadınlar yaxalandı

22 İyul 2017 13:44

Kəşmirdə atışma

22 İyul 2017 13:42

DBNX: Ukrayndan Azərbaycana gətirilən dondurulmuş toyuq əti bütün gigiyenik tələblərə uyğundur

22 İyul 2017 13:37

“ExPeter” və “WannaCry” hücumlarının müqayisəsi aparılıb

22 İyul 2017 13:35

İranın və Qazaxıstanın hərbi gəmiləri Bakıya gəlib

22 İyul 2017 13:34

Qusarda narkotik becərən şəxs saxlanıldı

22 İyul 2017 13:34

Rusiya Ermənistanı ələ keçirir və... – Düşmən ölkədə BÖYÜK QORXU

22 İyul 2017 13:33

Qubada iki nəfəri maşın vurub

22 İyul 2017 13:32

"Soçi görüşü Azərbaycan-Rusiya münasibətlərinin sağlam məcrada inkişafının təsdiqidir"

22 İyul 2017 13:32

Bu da Məryəmin yeni sevgilisi

22 İyul 2017 13:32

Bakıda polis 11 dilənçini yaxaladı

22 İyul 2017 13:29

Gəncədə oğru qadınlar tutuldu

22 İyul 2017 13:27

İki azyaşlı kanalda boğulub

22 İyul 2017 13:25

Media kapitanlarından Prezidentə SONSUZ TƏŞƏKKÜR

22 İyul 2017 13:23

81 yaşlı nənə bədəni ilə heyran edir - VİDEO - FOTO

22 İyul 2017 13:22

Qusarda narkotik tərkibli bitkilər əkən şəxs saxlanılıb

22 İyul 2017 13:17

Daha bir dünya ulduzu Türkiyə klubunda

22 İyul 2017 13:17