"Hər kəs oyunun qəhrəmanıdır" - Maksim Medvedev

"Hər kəs oyunun qəhrəmanıdır" -  Maksim Medvedev
09:27 10 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsinin II turu çərçivəsində Norveçlə görüşdə milli komandamıza qələbə gətirən yeganə qolun müəllifi Maksim Medvedevin müsahibəsi



- Özünü qəhrəman hiss etmək ağır deyil ki?


- Qol vurmaq məni qəhrəman etmir. Komandanın bütün üzləri layiqincə döyüşdülər.  Birlikdə mübarizə apardıq. Hər kəs meydanda nə etdiyini, nə etməli olduğunu yaxşı bilirdi. Hər kəs oyunun qəhrəmanıdır. 


- Prosineçki sənə bizim cərimə meydançamızı qorumağı tapşırmışdı. Rəqibin qapısı önündə nə axtarırdın?


- Xeyr, belə bir tapşırıq olmamışdı. Heyətə baxsanız, hündürboylu futbolçulardan biri də mən idim. Standart vəziyyətlərdə irəli getməliydim. Nazarovun ötürməsindən sonra top istiqamətini dəyişdi, Ağabalaya getdi. Ağabala isə məni yaxşı “tapdı”. Lazım olan zərbəni endirdim.


- Həmin anda elə təəssürat yarandı ki, sən topu saxlayıb, sonra zərbə endirmək istəyirsən. Ancaq fərqli davrandın...


- Ötürmə anında hiss edirdim ki, müdafiəçi üstümə gəlir. Ona görə də vaxt itirmədən zərbə vurdum.


- 2 oyuna 6 xal qazanmısınız. Mükafat verdilər?


- Xeyr, verilməyib. Əsas odu ki, öz mövqeyimizi qoruyaq. Bunun üçün oyunlara daha da səylə hazırlaşacağıq. Rahatlamaq olmaz. Qarşıda Çexiya ilə oyun var. Hamımız bir-birimizə güvənirik.


- Norveçlə oyunda 30 minə yaxın azarkeş sizi dəstəkləyirdi. Çexiyada isə belə şey olmayacaq. Şansımız necədi?


- İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm. Onların enerjisi bizə stimul, güc verirdi. İnanıram ki, Avropada yaşayan azərbaycanlılar Çexiya ilə oyuna gələcəklər. Digər tərəfdən, ürəyi bizimlə olanların da dəstəyini hiss edəcəyik.


- Təsəvvür edirsiniz, Çexiya ilə oyunda xal qazansanız, sizi Bakıda necə qarşılama gözləyir?


- Bu, bizim üçün böyük sürpriz olar. Xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.  (futbolinfo.az)



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quothr-ks-oyunun-qhrmandrquot-t53216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR