Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan Dəmir Yolları" Rusiya şirkəti ilə birgə müəssisə yaradıb

"Azərbaycan Dəmir Yolları" Rusiya şirkəti ilə birgə müəssisə yaradıb

Date: 10 October 2016 09:27

Rusiyanın "Rusaqrotrans" "Azərbaycan Dəmir Yolları" QSC ilə "Azrustrans" adlı birgə müəssisə yaradıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün birgə müəssisənin təqdimatı keçiriləcək.
 
Şirkət sentyabr ayının əvvəlində Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Müəssisənin 51%-i "Azərbaycan Dəmir Yolları" QSC-yə, 49%-i isə "Rusaqrotrans"a məxsusdur.
 
Şirkət taxıl daşımaları ilə məşğul olacaq. İlkin mərhələdə müəssisə taxıl daşıyan vaqonları səhmdarlarından icarəyə götürəcək, sonrakı mərhələdə isə öz parkını yaradacaq. Hesablamalara görə, şirkət 2500-3000 vaqon almaq niyyətindədir.
 
Şirkət Türkiyə və İrana taxıl tranzitini həyata keçirəcək. Bunu nəzərə alaraq səhmdarlar Azərbaycan-İran sərhədində 30 min ton taxıl saxlamaq iqtidarında olan terminal tikmək niyyətindədir. Sonrakı mərhələdə terminalın imkanları genişləndirilə bilər.

Milli.Az


Tags:  Azərbaycan Dəmir Yolları Rusiya şirkəti birgə müəssisə yaradıb

RƏYLƏR


Top news