Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yaponiya imperatoru taxt-tacdan imtina etdi

Yaponiya imperatoru taxt-tacdan imtina etdi

Date: 10 October 2016 09:28

Yaponiya hökuməti taxt-tacdan imtina etdikdən sonra İmperator Akihitonun necə adlandırılacağı məsələsini müzakirə edir.

İmperator Akihitonun taxt-tacdan imtinası xahişi ilə əlaqədar xüsusi komissiya oktyabrın 17-də yeni qanunun qəbulu məsələsinin müzakirəsinə başlayacaq. Bununla əlaqədar taxt-tacdan ayrıldıqdan sonra İmperator Akihitonun hansı statusa malik olacağı və necə adlandırılacağı barədə suallar da ortaya çıxıb.

Agentliyin bildirdiyinə görə, komissiya ayda bir neçə iclas keçirəcək və müzakirələr gələn ilədək davam edə bilər. Komissiyanın tərtib edəcəyi hesabatdan sonra Yaponiya parlamentinin hər iki palatasının sədrləri qanunverici prosedurlara keçməzdən əvvəl məsələ ilə bağlı iqtidar və müxalifət partiyalarının mövqeyini dinləyəcəklər. (Azərtac)


Tags:  Yaponiya imperatoru taxt-tacdan imtina etdi

RƏYLƏR


Top news