Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tomas Sivok 4 qol arzulayır

Tomas Sivok 4 qol arzulayır

Date: 10 October 2016 09:42

Almaniyaya məğlubiyyətə baxmayaraq, azarkeşlər bizi istiqanlı qarşıladılar. Bu da komandaya əlavə ruh yüksəkliyi verir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Çexiya millisinin futbolçusu Tomas Sivok deyib.

Təcrübəli müdafiəçi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisi ilə keçiriləcək matçı dəyərləndirib. "Bursaspor"un üzvü yerli mətbuata açıqlamasında qələbəyə əmin olduğunu bildirib: "Ostrava şəhəri bizim üçün düşərlidi. Çünki burda sonuncu dəfə Serbiya ilə qarşılaşmış və rəqibin qapısından 4 top keçirmişdik. Azərbaycanla görüşdə eyni uğuru təkrarlasaq, şad olarıq. Oyun ərzində nəzarəti əldən verməməliyik. Bunun üçün də azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Onların dəstəyini hiss edəndə bizə asan olur".
 
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Milli.Az


Tags:  Tomas Sivok qol arzulayır

RƏYLƏR


Top news