Saltuk Düzyol: "Bu il TANAP üzrə yeni maliyyələşmə müqaviləsi imzalana bilər"

Saltuk Düzyol: "Bu il TANAP üzrə yeni maliyyələşmə müqaviləsi imzalana bilər"
09:42 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin sonu, yaxud gələn ilin birinci rübündə Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üçün maliyyə sövdələşməsi imzalana bilər. “Report”un məlumatına görə, bunu İstanbulda keçirilən XVI Dünya Enerji Konqresində çıxış edən TANAP-ın baş meneceri Saltuk Düzyol deyib.
S.Düzyolun sözlərinə görə, hazırda BOTAŞ, Cənub Qaz Dəhlizi (SGC) şirkətləri ilə birlikdə Dünya Bankı (WB), Avropa İnvestisiya Bankı (EIB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə danışıqlar aparılır.
Məlumatda deyilir ki, TANAP-ın 2018-ci ilin iyununda təhvil verilməsi nəzərdə tutulub. S.Düzyol layihənin 11,7 mlrd. ABŞ dolları civarında dəyərləndirildiyini və dünya iqtisasdiyyatında baş verən son proseslərə görə, 25%-ə qədər azaldığını deyib: “TANAP SGC-nin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) və Cənubi Qafqaz Boru Kəmərinin (SGP) genişləndirilməsindən daha əhəmiyyətlidir”.
TANAP rəsmisinin sözlərinə görə, Türkiyə və Avropa ölkələri bu kəmərlə həm Azərbaycan, həm də Türkmənistan qazını ala bilər: “Bu kəmər vasitəsi ilə həmçinin Yaxın Şərq ölkələrinin (İraq, Qətər, Suriya, Livan) qazını da nəql etmək mümkündür”.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/saltuk-duzyol-bu-il-tanap-uzre-yeni-maliyyelesme-muqavilesi-imzalana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR