Putin Türkiyəyə gedir

Putin Türkiyəyə gedir
09:53 10 Oktyabr 2016
72 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən ilin noyabrında baş verən təyyarə qəzasına görə Türkiyə ilə Rusiya arasında yaşanan böhrandan sonra prezident Vladimir Putin bu gün ilk dəfə olaraq Türkiyəyə səfər edəcək.

Publika.az Rusiyanın “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, Vladimir Putin İstanbulda keçirilən 23-cü dünya energetika konqresində iştirak edəcək.

Putinin təyyarəsi Türkiyə vaxtı ilə günün birinci yarısı hava limanına enəcək.

Səfər çərçivəsində bu gün saat 16:00-da Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüşün keçirilməsi nəzərdə tutulub. Bununla da Ərdoğan və Putin son iki ayda üçüncü dəfə görüşəcək.

Qeyd edək ki, İstanbulda keçirilən 23-cü dünya energetika konqresində Prezident İlham Əliyev də iştirak edir.

Xatırladaq ki, 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığında Rusiyanın “Su-24” təyyarəsi Türkiyə hərbi hava qüvvələrinin “F-16” qırıcı təyyarəsi tərəfindən vurulub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171560.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR