Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Klinton Trampa qalib gəldi - CNN

Klinton Trampa qalib gəldi - CNN

Date: 10 October 2016 10:05

ABŞ prezidentliyinə namizəd Hilari Klinton debatların ikinci raundunda respublikaçı rəqibi Donald Trampa qalib gəlib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu "CNN" telekanalının keçirdiyi blits-sorğunun nəticələri göstərir. 

Respondentlərin 57 faizi Klintonu debatın qalibi hesab edib. Trampın xeyrinə isə 37 faiz səs verib. Bu arada rəyi soruşulanların 63 faizi bu debatda respublikaçıların əvvəlkinə nisbətdə daha yaxşı olduğunu düşünür. Bunun əleyhinə isə 21 faiz səs verib. 5 faiz isə Trampın çıxışında heç bir fərq görmədiyini vurğulayıb. 

Tramp isə, öz növbəsində, teledebatların aparıcılarının Klintona cavab vermək üçün daha çox vaxt verdiklərini bildirib: "Siz ona bir dəqiqə artıq danışmağa imkan verirsiniz, lakin mən vaxtdan bir saniyə keçdikdə dayandırırsınız", - deyə Tramp vurğulayıb. 

Milli.Az


Tags:  Klinton Trampa qalib gəldi CNN

RƏYLƏR


Top news