Trampla Klinton "toqquşdular" - FOTO

Trampla Klinton "toqquşdular" - FOTO
10:17 10 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezidentliyə Demokrat namizəd Hillari Klinton və onun Respublikaçı rəqibi Donald Tramp ikinci dəfə teledebatda üz-üzə gəliblər. Debat Missuri ştatının St. Liuz şəhərindəki Vaşinqton Universitetindən keçirilib. Townhall adlanan formatda olan debat zamanı moderatorla yanaşı, prezidentliyə namizədlərə auditoriyadan da səslərini kimə verəcəklərini müəyyən etməmiş seçicilər və onlayn istifadəçilər suallar ünvanlayıblar.

Klintona qarşı 4 qadın

Debatlar ərəfəsində Donald Tramp 4 qadınla birlikdə mətbuat konfransı keçirib. Bu qadınlar Hillari Klitonun əri, ABŞ-ın sabiq prezidenti Bill Klinton tərəfindən seksual təzyiqlərə məruz qaldıqlarını deyirlər.

Həmin qadınlar - Xuanita Broaddrik, Ketlin Uilli, Pola ConsKeti Şelton bəyan ediblər ki, Bill Klinton Arkanzas ştatının qubernatoru olduğu dönəmlərdə onlara təcavüz edib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, ikinci teledebatın Donald Trampın cümə günü 2005-ci ildə qadınlar barədə nalayiq sözlər söyləməsini göstərən videonun yayılması və Hillari Klintonun hak olunan emaillərinin sızması barədə müzakirələrin davamı ilə başlayacağı gözlənilirdi. Belə də oldu.

Debat namizədlərin əl sıxışmaması ilə başladı.

Tramp 2005-ci ildə baş vermiş hadisəyə görə üzr istəyərək bunu "hazırlıq otağı söhbəti" adlandırıb və bu hadisə ilə fəxr etmədiyini bildirdi. Onun sözlərinə görə, o, dediklərinə görə xəcalət çəkir və bu sözlərə nifrət edir.

Üzrxahlığa baxmayaraq Klinton dedi ki, bu video Trampın kim olduğunu göstərir. O, habelə Trampın azlıqları, müsəlmanları və müharibə məhbuslarını təhqir etdiyini də dedi.

Tramp Klintonun pozulan 33 min emailini araşdırmaq üçün xüsusi ittihamçı təyin edəcəyini və prezident seçiləcəyi təqdirdə, Klintonun həbsdə olacağını dilə gətirdi.

Tramp Hillari Klintonunun həyat yoldaşı sabiq prezident Bill Klintonu Ağ Evdə qadınlara qarşı seksual təzyiq göstərməkdə ittiham etdi və bildirdi ki, müdafiə prokuroru kimi Hillari 12 yaşlı qızı zorlamaqda ittiham olunan şəxsi müdafiə edib.

"Obamacare"-in gələcəyi necə olacaq?

Tramp və Klinton prezident Barak Obamanın imza ilə tanınan səhiyyə proqramının gələcəyi barədə də fikir mübadiləsi apardı.

Klinton etiraf etdi ki, qanun səhiyyə qiymətlərinin artmasına səbəb olub, ancaq o, proqramı ləğv etməyi söz verən Trampdan fərqli olaraq bunu düzəltməyə çalışacağına söz verdi.

Klinton etiraf etdi ki, qanun səhiyyə qiymətlərinin artmasına səbəb olub, ancaq o, proqramı ləğv etməyi söz verən Trampdan fərqli olaraq bunu düzəltməyə çalışacağına söz verdi.

Klintonun sözlərinə görə, o, Ali Məhkəməyə "real dünya təcrübəsi" olan şəxsi təyin edəcək. Tramp isə insanların hörmət etdiyi və konstruktiv bir şəxsi bu vəzifəyə təyin edəcəyini vurğuladı.

Klinton Trampa vergi sənədlərinə dair hücum etdi. Auditoriyanın "Zəngin amerikalıların ədalətli vergi payı ödəməsini necə təmin edəcəklər" sualına Klinton 20 il bir şəxsin vergi ödəməməsindən heyrətə gəldiyini bildirməklə cavab verdi.

Tramp dedi ki, o, vergi kodunu yaxşı bilməsi ilə fəxr edir. Tramp habelə Klintonun zəngin maliyyə dəstəkçilərinin çoxunun da oxşar işi gördüyünü vurğuladı.

Suriya

Klinton Suriyaya quru qoşunlar göndərməyəcəyini və bunun ağıllı strategiya olmadığını dilə gətirdi.

Klinton Hələbdəki vəziyyəti fəlakət adlandırdı və Rusiyanı Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq üçün şəhəri məhv etmək fikrində olmaqda ittiham etdi.

O, Hələbdəki vəziyyəti fəlakət adlandırdı və Rusiyanı Bəşar Əl-Əsədi hakimiyyətdə saxlamaq üçün şəhəri məhv etmək fikirdə olmaqda ittiham etdi. Klinton Suriyada davam edən vətəndaş müharibəsinə görə Suriya rejimini və Rusiyanı müharibə cinayətlərində cavabdeh tutan səyləri dəstəklədiyini bildirdi.

Tramp dedi ki, o, Suriya hökumət hədəflərinə qarşı hava hücumlarına çağıran mübarizə tərəfdaşı Mayk Penslə razılaşmır.

Respublikaçı namizəd şərhlərini əsasən, Suriyadakı vəziyyətə görə prezident Barak Obamanı ittiham etmək üzərində qurdu.

Trampın sözlərinə görə, dünya Obamanın Suriyada müharibə barədə ABŞ-ın qərarıma dair bəyanatına gülürdü. O, habelə dedi ki, Klinton Suriyadakı üsyançıların kim olduğunu bilmir. Tramp, həmçinin Suriyada kimlərin silahla təmin edildiyini sual altına aldı.

Rəqibdə nəyə hörmət edirlər?

Auditoruyadan daxil olan son sual zalda hərəkətliliyə səbəb oldu. Belə ki, namizədlərdən rəqiblərinin hansı xüsusiyyətinə hörmət etdikləri soruşuldu.

Hillari Klinton Donald Trampın övladlarına hörmət etdiyini bildirdi. O dedi ki, rəqibinin, demək olar ki, dedi və etdiyi heç bir şeylə razılaşmasa da, övladlarına rəğbətlə yanaşır.

Donald Tramp isə Hillarinin dediyini kompliment hesab etdiyini və övladları ilə fəxr etdiyini bildirdi. Öz növbəsində o, Hillari Klintonun əzmkarlığına və heç zaman vaz keçməməsinə hörmət etdiyini dilə gətirdi.

Başlanğıcdan fərqli olaraq, sonda namizədlər əl sıxışdılar.

Milli.Az













































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İŞİD-in 96 üzvü əfv edildi - Gözlənilməz qərar - FOTOLAR

23 Avqust 2017 06:33

ABŞ-ın müdafiə naziri Ukraynaya gəlir

23 Avqust 2017 06:14

İspaniyada naməlum sürücü avtomobilini polis maşınına çırpıb

23 Avqust 2017 06:07

Bu ilin 6 ayında Azərbaycana gəlmiş ƏCNƏBİLƏRİN SAYI AÇIQLANDI

23 Avqust 2017 06:03

Təzə ana olan Beyons bədənini göstərdi

23 Avqust 2017 05:59

Maduro Papadan kömək istədi - ABŞ-ın hücumunun qarşısını almaq üçün

23 Avqust 2017 05:33

Sabiq baş nazir azadlığa buraxıldı

23 Avqust 2017 05:29

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 05:17

Hamilə idmançıdan yeni FOTOLAR

23 Avqust 2017 05:03

Liviyanın oğurlanmış keçmiş baş naziri azad edilib

23 Avqust 2017 05:02

Netanyahu Putinlə İranı müzakirə edəcək

23 Avqust 2017 04:54

Paris son 10 ildə turistlərin sayına görə rekord vurub

23 Avqust 2017 04:33

"Astana" və "Başakşəhər" ÇL-in qapısını bərk çırpdı - GECƏNİN NƏTİCƏLƏRİ

23 Avqust 2017 04:07

Məşhur aparıcı parıltılı bikinisi ilə diqqət çəkdi - FOTOLAR

23 Avqust 2017 04:03

Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 03:29

İrlandiyada sürücü avtomobili piyadaların üzərinə sürüb: xəsarət alanlar var

23 Avqust 2017 03:27

Putin Sarkisyanla danışıqlar aparacaq

23 Avqust 2017 03:14

Ruslara qarşı vuruşan partizanlar - Azərbaycanda kəndli üsyanları

23 Avqust 2017 03:03

ABŞ Rusiyada vizaların verilməsini dayandırır

23 Avqust 2017 02:44

Meyxana ustası Bayram Kürdəxanılını avtomobil vurub

23 Avqust 2017 02:42

Oksana Rəsulovadan “Yay qızı” layihəsi – FOTOLAR

23 Avqust 2017 02:33

“Nörmand dördlüyü”nün danışıqları oldu

23 Avqust 2017 02:09

“WhatsApp”da statuslar rəngli olacaq

23 Avqust 2017 02:03

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

23 Avqust 2017 01:45

Maduro Papadan ABŞ-ın hücumunun qarşısını almaq üçün kömək istəyib

23 Avqust 2017 01:42

Tillerson: "Rusiya "Taliban"ı silahlandırır"

23 Avqust 2017 01:34

Çempionlar Liqası: 5 oyunun nəticəsi bəlli oldu, gözlər sabah "Qarabağ" oyununda

23 Avqust 2017 01:33

Türkiyədə üzüm bağında 6 nəfəri ildırım vurub

23 Avqust 2017 01:18

Azərbaycan neftinin qiyməti 54 dollara çatır

23 Avqust 2017 01:03

Bu gün Füzulinin işğal olunduğu gündür

23 Avqust 2017 00:56

Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan 5 komandanın adı məlum olub

23 Avqust 2017 00:47

Rusiya və Türkiyə xeyli kontraktlar razılaşdırdılar

23 Avqust 2017 00:39

Füzuli və Cəbrayıl rayonlarının işğalından 24 il ötür

23 Avqust 2017 00:33

İŞİD-in 96 üzvü əfv edildi -

23 Avqust 2017 00:30

Poroşenko Donbasda yeni atəşkəs rejimi təklif etmək niyyətindədir

23 Avqust 2017 00:18

Uşaq 2-ci mərtəbədən yıxıldı: xəstəxanalı oldu

23 Avqust 2017 00:09

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08

"Türyançay" qoruğu yangından mühafizə edildi

23 Avqust 2017 00:04

Bakıda nəhəng söküntü qərarı: paytaxtın 9 rayonunda köhnə binalar söküləcək

23 Avqust 2017 00:03

Ermənilərin Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 24 il ötür

23 Avqust 2017 00:02

Çində dünyada ilk onlayn-məhkəmə fəaliyyətə başlayıb

23 Avqust 2017 00:02

DÇ-2017: Elvin Mürsəliyev bürünc medal qazandı

22 Avqust 2017 23:48

Dənizdə batan şəxs xilas edilib -

22 Avqust 2017 23:43

Azərbaycan və Aİ arasında yeni Saziş üzrə növbəti danışıqlar sentyabrda keçiriləcək

22 Avqust 2017 23:33

Azərbaycan yanğınsöndürənlərinin digər qüvvələri Gürcüstanda meşə yanğınlarının söndürülməsi prosesinə qoşulacaqlar

22 Avqust 2017 23:32

Amerikalı hərbçilərin cəsədləri tapıldı -

22 Avqust 2017 23:30

Poroşenkodan Donbasa dair yeni təklif

22 Avqust 2017 23:19

Qurban Qurbanov: "Bu oyunda daha çox güc sərf etməliyik, şansımız var"

22 Avqust 2017 23:18

Azərbaycan güləşçisi dünya çempionatında medal qazanıb

22 Avqust 2017 23:17

“Kopenhagen”də olduqca güclüdü" - Miçel

22 Avqust 2017 23:07