Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Barselona"nın ulduz futbolçusundan separatçılara dəstək - FOTO

"Barselona"nın ulduz futbolçusundan separatçılara dəstək - FOTO

Tarix: 10 Oktyabr 2016 10:22

İspaniya Milli Komandasının ulduz futbolçusu Cerard Pikenin ötən axşam Albaniya ilə 2018-DÇ-nın seçmə mərhələsi çərçivəsində oynanılan səfər matçında bir hərəkəti diqqət çəkib.

Milli.Az haberler.com-a istinadən bildirir ki, "Barselona"nın mərkəz müdafiəçisi formasının qol nahiyəsindəki İspaniya bayrağını söküb.

İspaniyanın Albaniya ilə qarşılaşdığı və buğaların 2-0 qalib gəldiyi oyunda Pikenin bu hərəkətinin ispan azarkeşlərin böyük təpkisinə səbəb olacağı gözlənilir.

Kameradakı görüntülərdən komandadakı digər  futbolçuların bayrağı sökmədikləri açıq sezilir.

Qeyd edək ki, Pike Katalon milliyyətçiliyi ilə tanınır.

Təhməz Təkin
Milli.Az



Teqlər:  Barselonanın ulduz futbolçusundan separatçılara dəstək FOTO



RƏYLƏR


Top xəbərlər