Çexiya yığmasında ciddi itkilər

Çexiya yığmasında ciddi itkilər
10:27 10 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcək Çexiya yığması heyətlə bağlı problemlər yaşayır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandanın son məşqində cəmi 15 oyunçu iştirak edib.

Zədə ucbatından Almaniya ilə iki gün öncəki qarşılaşmanı buraxan Milan Şkoda artıq sağalıb. Kollektivlə birlikdə məşqlərə qatılan hücumçu yığmamızla görüşdə baş məşqçi Karel Yarolimin ixtiyarında olacaq. Əvəzində Almaniya ilə matçın sonlarında dizindən xəsarət alan yarımmüdafiəçi İrji Skalakın sabahkı oyunda iştirakı sual altına düşüb.
 
Bundan başqa, seçmə mərhələnin ilk iki görüşündə sarı vərəqə alan digər orta sahə oyunçusu David Pavelka cəzalı duruma düşdüyündən sabah meydana çıxmayacaq.
 
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu Ostrava şəhərinin "Munisipal" stadionunda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477829.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR