Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ceymstaun Fondunun prezidenti: "Azərbaycan balanslı, çoxvektorlu xarici siyasət yürüdür"

Ceymstaun Fondunun prezidenti: "Azərbaycan balanslı, çoxvektorlu xarici siyasət yürüdür"

Date: 10 October 2016 10:27

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Qarabağda vəziyyətin dəyişməsi ABŞ-ın Azərbaycana qarşı siyasətinin daha fəal olmasına gətirib çıxarıb".
Bu sözləri "Report"a açıqlamasında Ceymstaun Fondunun prezidenti Qlen Hovard deyib.
ABŞ və Rusiya arasında gərginlik və bunun Azərbaycanla əlaqələrə mümkün təsiri barədə danışan Q.Hovard bildirib ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxşı münasibətləri saxlayaraq balanslı, çoxvektorlu xarici siyasət yürüdür.
"ABŞ və Rusiya arasındakı münasibətləri "soyuq müharibə" adlandırmaq olmaz. Çünki Rusiya arsenalında köhnəlmiş silahlar olan regional gücdür. Biz Azərbaycanın siyasətində hər hansı bir dəyişiklik görmürük. Amma Suriya məsələsində Türkiyənin hərbi müdaxiləsinin artması ilə çox şey dəyişə bilər. Axı Türkiyə Azərbaycanla qardaş ölkədir", - deyə Q.Hovard vurğulayıb.

Tags:  Ceymstaun Fondunun prezidenti Azərbaycan balanslı çoxvektorlu xarici siyasət yürüdür

RƏYLƏR


Top news