Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İqlimşünas: “Azərbaycanda mövcud hava şəraiti bir neçə gün davam edəcək”

İqlimşünas: “Azərbaycanda mövcud hava şəraiti bir neçə gün davam edəcək”

Date: 10 October 2016 10:32

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Hazırda müşahidə olunan hava şəraiti bu günlər üçün bir qədər gözlənilməzdir”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.
İqlimşünas bildirib ki, hazırda havanın temperaturu normadan yüksəkdir: “Respublika ərazisində belə hava şəraitinin üç-dörd gün də davam edəcəyi gözlənilir. Havanın temperaturu bir qədər də arta bilər. Çünki bir həftəyə yaxındır cənub istiqamətli hava kütlələri əraziyə daxil olub və dayanıqlığını qoruyur. Dünən güclü şimal-qərb küləyi əsdi, amma hava kütlələrinin dəyişməsinə təsir edə bilmədi”.
O bildirib ki, havanın ciddi temperatur fərqi ilə soyuması gözlənilmir.
Mütəxəssis qeyd edib ki, belə havanın nə insan səhhəti üçün, nə də kənd təsərrüfatı üçün ziyanı yoxdur: “Hazırda payızlıq kənd təsərrüfatı bitkilərinin əkin dövrüdür. Belə mövcud hava şəraiti kənd təsərrüfatı üçün, xüsusən pambıq yığımı üçün çox əlverişlidir”. 

Tags:  İqlimşünas Azərbaycanda mövcud hava şəraiti neçə gün davam edəcək

RƏYLƏR


Top news