Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Küçələri qan gölünə döndərən prezident - FOTO

Küçələri qan gölünə döndərən prezident - FOTO

Date: 10 October 2016 10:32

Filippin prezidenti Rodriqo Dutertenin dövlət başçısı postuna seçilməsindən 100 gün keçir.

Bu yüz gündə ölkədə narkoticarətdə və narkomaniyada şübhəli bildinən 3700 şəxs heç bir istintaq, məhkəmə olmadan qətlə yetirilib. 26 min nəfər həbs olunub, on minlərlə filippinli ölkədən qaçıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Filippin prezidenti Rodrigo Duterte hüquq-mühafizə orqanlarına atəş açmaq hüququ verməyə və ölüm hökmünü qaytarmağa söz vermişdi.

Bu, ölkənin yeni liderindən növbəti rezonans doğuran təşəbbüslərdir. Bundan əvvəl o, alkoqol və siqaret çəkilməsinə qadağa qoyulması, eləcə də uşaqlar üçün komendant saatı tətbiq edilməsi barədə danışıb. O, həmçinin prezident sarayında xəstəxana yerləşdirməyi vəd etmişdi.

Filippin 2006-ci ildə ölüm hökmünü ləğv edib. Prezidentin təşəbbüsünə görə, hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlıqla bağlı və ya şəxsin həbsə müqavimət göstərdiyi halda atəş açmaq imkanı qazanıblar.

Duterte ölkənin cənubunda yerləşən Davao şəhərində mer işləyən zaman cinayətkarlıqla mübarizəyə görə "Cəzalandıran" ləqəbi alıb.

Öz prezidentlik kampaniyası zamanı o, çox səs-küylü bəyanatlar vermişdi. O, narkotika ticarətçilərini öldürərək cəsədlərini Manila buxtasına atmağı vəd etmişdi.

Yeni prezident onu da demişdi ki, özünü və güc qurumlarının əməkdaşlarını xidmət müddəti bitdikdən sonra təqibə imunitetlə təmin edəcək.

Durette Filippinlə ABŞ arasında 65 ildən bəri davam edən strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə də yenidən baxacağını deyir.

Milli.Az




















Tags:  Küçələri qan gölünə döndərən prezident FOTO

RƏYLƏR


Top news