Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Qala Həyat Sığorta"nın sədri dəyişib

"Qala Həyat Sığorta"nın sədri dəyişib

Date: 10 October 2016 10:47

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Qala Həyat Sığorta" ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr seçilib. Şirkətdən "Report"a verilən məlumata görə, söhbət Kamal İbrahimovdan gedir.
O, bu vəzifədə Fuad Quliyevi ("Qala Həyat"ın əsas səhmdarı olan "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri) əvəz edib.
Xatırladaq ki, K.İbrahimov indiyə qədər "AB Standard" QSC-yə daxil olan "Bank Standard" QSC-nin Müşahidə Şurası və "Standard Insurance" ASC-nin DŞ-nin sədri olub. Bununla belə, "Standard Insurance"dən "Report"a bildirilib ki, K.İbrahimovun yeni təyinatı barədə məlumatsızdırlar və o, hələ də, DŞ-nin sədri vəzifəsində qalıb.

Tags:  Qala Həyat Sığortanın sədri dəyişib

RƏYLƏR


Top news