Peruda təyyarə qəzasında üç nəfər həlak olub

Peruda təyyarə qəzasında üç nəfər həlak olub
10:52 10 Oktyabr 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Peruda iki mühərriklik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kaxamarka şimal departamentinin ərazisində baş verib.
"Cessna 207" təyyarəsi San Migel əyalətində qəzaya uğrayıb.
Yerli "Air Majoro" aviaşirkətinə məxsus olan layner cənubdakı Naska şəhərindən ölkənin şərqində yerləşən Pukallpa şəhərinə reys həyata keçirirmiş. Uçuş zamanı təyyarə istiqamət kursundan çıxıb, onun ekipajıyla əlaqə kəsilib. İlkin məlumatlara görə, qəza əlverişsiz hava şəraiti nəticəsində baş verib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/peruda-teyyare-qezasinda-uc-nefer-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR