Sərhədçilər Xəzərdə "terrorçu"ları məhv etdi - FOTO

Sərhədçilər Xəzərdə "terrorçu"ları məhv etdi - FOTO
10:52 10 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri Xəzər dənizinin Azərbaycana aid bölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliyyatlarının aparılması və aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləş­dirilməsi ilə bağlı taktiki təlimlər keçirib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı DSX-nin bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarı­şının aparıl­ması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı DSX-nin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin və Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket kompleks­lərindən günün işıqlı və qaranlıq vaxtla­rında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilmiş, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan itisürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıq­ları ilə, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri təlim­lərdə uğurla sınaqdan keçirilib. Təlimlərdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunmuş, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı nümayiş etdir­ib.

DSX-nin rəisi-Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Qu­liyev təlimlərin uğurlu yekunu münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər də­nizin­də dövlət sərhəd­lərinin etibarlı mü­hafizəsinin və neft-qaz hasilatı-daşınması infrastruk­turunun təhlü­kə­siz­liyi­nin təmin edilməsinin DSX-nin əsas vəzifələrindən biri olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­dirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırılması istiqamətində hərbi hissə və bölmələr qar­şısında konkret tapşırıqlar müəyyən edib. Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluq­çular təltiflən­diriliblər. Taktiki təlimləri baş nazirinin birinci müavini Yaqub Eyyubov izləyib.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR