Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini tam ləğv etməyəcək

Türkiyə Rusiyadan buğda almağı dayandırdı (17 Mart 2017 16:19)
Türkiyə Avropa İttifaqını hədələdi (16 Mart 2017 08:12)
"Henley & Partners": Azərbaycan pasport gücünə görə dünyada 74-cüdür (14 Mart 2017 09:42)

Tarix: 10 Oktyabr 2016 10:53

“Rusiya Türkiyədən işgüzar səfərlər üçün vizanın ləğvi məsələsini nəzərdən keçirə bilər, təhlükəsizlik səbəblərindən viza rejiminin tam ləğvindən söhbət gedə bilməz”.

Bunu bazar günü İstanbulda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.

“Ümumilikdə vizasız mübadilə haqqında məsələ çox mürəkkəbdir, çünki bu, həmçinin son terror aktları (Türkiyədə - red.) ilə bağlı olan təhlükəsizlik məsələlərinə dayanır. Biz risklərin ərazimizə ixracını istəməzdik”, - deyə nazir əlavə edib.

O bildirib ki, Rusiyanın yeganə müzakirə edə biləcəyi məsələ işgüzar səfərlər üçün vizasız rejimdir.

“Bu da sadə məsələ deyil, lakin biz onun üzərində işləməyə hazırıq”, - deyə Ulyukayev bildirib. (report)


Teqlər:  Rusiya Türkiyə vətəndaşları viza rejimini tam ləğv etməyəcək



RƏYLƏR


Top xəbərlər