Mətbuat konfransı və açıq məşqin vaxtı açıqlandı

Mətbuat konfransı və açıq məşqin vaxtı açıqlandı
11:07 10 Oktyabr 2016
75 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya – Azərbaycan oyunu öncəsi baş tutacaq mətbuat konfransı və açıq məşqin vaxtı açıqlanıb. 


Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 11-də keçiriləcək matçdan bir gün öncə baş məşqçimiz Robert Prosineçki mətbuat nümayəndələrinin önünə çıxacaq.

                                          

Xorvatiyalı mütəxəssis bu gün saat 22:15-də jurnalistlərin suallarını cavablandıracaq. Saat 22:45-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi start götürəcək. 


Qeyd edək ki, mətbuat konfransı və açıq məşq Ostrava şəhərindəki Vitkovitse stadionunda keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mtbuat-konfrans-v-acq-mqin-vaxt-acqland-t53222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR