Çexiya - Azərbaycan, 17-ci duel - Statistika deyir ki...

Çexiya - Azərbaycan, 17-ci duel - Statistika deyir ki...
11:13 10 Oktyabr 2016
515 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya - Azərbaycan oyunu iki ölkənin futbol komandaları arasında 17-ci rəsmi matç olacaq.

Publika.az xəbər verir ki, indiyədək baş tutan 16 görüşdən 6-sı yığma, 10-u klub səviyyəsində baş tutub. Bu qarşılaşmalardan 10-u kişi, 6-sı qadın komandaların iştirakı ilə keçirilib.

Əsas yığmalar arasındakı yeganə görüş 7 il əvvəl BƏƏ-də baş tutub. Yoxlama xarakterli beynəlxalq turnirdə keçirilən qarşılaşmada millimiz Çexiyanı 2:0 hesabı ilə məğlub edib.

Digər 9 qarşılaşma avrokuboklara təsadüf edib. Klublarımız cəmi 4 heç-heçəylə kifayətlənib və 5 dəfə uduzublar. Bu qarşılaşmalarda top fərqi 4-18-dir.

Qadın komandalar isə 2 dəfə əsas, 2 dəfə U-19, 1 dəfə U-17, 1 dəfə klub səviyyəsində üz-üzə gəlib. Cəmi 1 qələbəsi olan xanımlar 5 dəfə böyük hesablı yenilgiyə üzülüb. Cəmi 3 top vuran komandalarımız 24 top buraxıb.

Ümumilikdə, 16 matçda cəmi 2 qələbəsi olan təmsilçilərimiz 4 heç-heçə edib və 10 dəfə uduzublar. Çexiyalıların qapısına 9 qol vuran komandalarımız 42 top buraxıb. Sabah baş tutacaq görüşdə vurulacaq ilk qolumuz 10-cu olacaq. (apasport.az)

Əsas milli

18.11.2009. Azərbaycan - Çexiya 2:0

Avrokuboklar

23.07.1997. “Yablonets” (Çexiya) – “Qarabağ” 5:0

30.07.1997. “Qarabağ” - “Yablonets” (Çexiya) 0:3

26.07.2000. “Slaviya” (Çexiya) – “Şəmkir” 1:0

02.08.2000. “Şəmkir” - “Slaviya” (Çexiya) 1:4

10.08.2006. “Karvan” – “Slaviya” (Çexiya) 0:2

24.08.2006. “Slaviya” (Çexiya) - “Karvan” 0:0

26.07.2016. “Viktoriya” (Çexiya) – “Qarabağ” 0:0

02.08.2016. “Qarabağ” – “Viktoriya” (Çexiya) 1:1

15.09.2016. “Qarabağ” – “Slovan” (Çexiya) 2:2

Qadınlar

27.03.2010. Azərbaycan – Çexiya 0:5

25.08.2010. Çexiya – Azərbaycan 8:0

Avrokubok (qadınlar)

13.09.2005. “Gömrükçü” – “Sparta” (Çexiya) 0:3

U-19 (qızlar)

29.09.2005. Azərbaycan - Çexiya 0:3

25.09.2008. Azərbaycan - Çexiya 2:1

U-17 (qızlar)

28.09.2015. Azərbaycan - Çexiya 1:4


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR