Ərdoğan və Putin bu gün görüşür: "Türk axını" sazişi imzalana bilər

Ərdoğan və Putin bu gün görüşür: "Türk axını" sazişi imzalana bilər
11:22 10 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

"Türk axını" qaz boru kəməri (Turkish Stream) layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş İstanbulda imzalana bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, İstanbulda işinə başlayan XXIII Dünya Enerji Konqresi çərçivəsində oktyabrın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin görüşəcək. "Türk axını" layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası saziş həmin görüşdə imzalana bilər.

"Bu böyük bir layihədir və çox ətraflı iş tələb edir. Hazırda hökumətlərarası sazişin tamamlanması üçün işlər aparılır. Ərdoğan və Putin görüşündə bu sazişin hazır olmasını istəyirik", - deyə nazir əlavə edib.

Qeyd edək ki, "Türk axını" ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR