Təyyarə qəzaya uğradı: ölənlər var

Təyyarə qəzaya uğradı: ölənlər var
11:22 10 Oktyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Peruda iki mühərriklik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Kaxamarka şimal departamentinin ərazisində baş verib.
"Cessna 207" təyyarəsi San Migel əyalətində qəzaya uğrayıb.

Yerli "Air Majoro" aviaşirkətinə məxsus olan layner cənubdakı Naska şəhərindən ölkənin şərqində yerləşən Pukallpa şəhərinə reys həyata keçirirmiş. Uçuş zamanı təyyarə istiqamət kursundan çıxıb, onun ekipajıyla əlaqə kəsilib.

İlkin məlumatlara görə, qəza əlverişsiz hava şəraiti nəticəsində baş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR