Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həsən Ruhani Asiya ölkələrini Qərbə qarşı birləşməyə çağırdı

Həsən Ruhani Asiya ölkələrini Qərbə qarşı birləşməyə çağırdı

Date: 10 October 2016 11:23

“Kənardan ixrac olunan radikalizm və zorakılıq Asiya ölkələrini öz caynağına alıb”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Banqkokda keçirilən Asiya Əməkdaşlıq Dialoqu 2-ci zirvə toplantısında çıxışı zamanı bildirib.

İran prezidenti sözügedən toplantıda iştirak edən 34 Asiya ölkəsinin dövlət başçılarına və yüksək vəzifəli şəxslərinə müraciət edərək, onları birliyə çağırıb:

“Hazırda dünyada qütbləşmə gedir. Tokiodan Dehliyə, Bağdad və Dəməşqdən İstanbula qədər radikalizm hökm sürür. İran regionda radikallıq və terrorizmin nüfuzu və genişlənməsi qarşısında möhkəm sədd olaraq dayanıb. Biz bu məsələdə israrlıyıq. İran qeyri-qanuni müdaxilələrə, zorakılığa və terrorizmə qarşıdır. Asiyanın təhlükəsizlik və stabilliyinin qorunması hər birimiz üçün əhəmiyyətli məsələdir. Çünki radikallıq və zorakılıq ölkələrdə böhranlar, münaqişələr, xaoslar yaradır. Biz bunu Yaxın Şərqin timsalında müşahidə edirik”.

Vasif Həsənli


Tags:  Həsən Ruhani Asiya ölkələrini Qərbə qarşı birləşməyə çağırdı

RƏYLƏR


Top news