Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Havalar daha da isinə bilər

Havalar daha da isinə bilər

Date: 10 October 2016 11:27

Hazırda müşahidə olunan hava şəraiti bu günlər üçün bir qədər gözlənilməzdir.

Milli,Az bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib.

İqlimşünas bildirib ki, hazırda havanın temperaturu normadan yüksəkdir: "Respublika ərazisində belə hava şəraitinin üç-dörd gün də davam edəcəyi gözlənilir. Havanın temperaturu bir qədər də arta bilər. Çünki bir həftəyə yaxındır cənub istiqamətli hava kütlələri əraziyə daxil olub və dayanıqlığını qoruyur. Dünən güclü şimal-qərb küləyi əsdi, amma hava kütlələrinin dəyişməsinə təsir edə bilmədi".

O bildirib ki, havanın ciddi temperatur fərqi ilə soyuması gözlənilmir.
Mütəxəssis qeyd edib ki, belə havanın nə insan səhhəti üçün, nə də kənd təsərrüfatı üçün ziyanı yoxdur: "Hazırda payızlıq kənd təsərrüfatı bitkilərinin əkin dövrüdür. Belə mövcud hava şəraiti kənd təsərrüfatı üçün, xüsusən pambıq yığımı üçün çox əlverişlidir". 

Milli.Az


Tags:  Havalar isinə bilər

RƏYLƏR


Top news