Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

417 PKK-çı məhv edildi

417 PKK-çı məhv edildi

Date: 10 October 2016 11:32

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı avqustun 29-dan etibarən aparılan antiterror əməliyyatları ilə bağlı məlumat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, əməliyyatlar çərçivəsində PKK terror təşkilatının 417 üzvü məhv edilib, 88 hərbi qulluqçu ölüb.

Məlumatda qeyd olunur: "Avqustun 29-dan aparılan əməliyyatlar çərçivəsində PKK üzvü olan 537 terrorçu zərərsizləşdirilib. Onlardan 417-si məhv edilib, 61-i yaralanıb, 41-i təslim olub, 18-i isə tutulub. Əməliyyatlar zamanı 88 türk hərbçisi həlak olub, 152-si xəsarət alıb. Bundan başqa, terrorçulara məxsus külli miqdarda silah-sursat ələ keçirilib".

Milli.Az


Tags:  417 PKK-çı məhv edildi

RƏYLƏR


Top news