Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Qorbaçovdan SOS: “Nüvə silahı tətbiq oluna bilər”

Qorbaçovdan SOS: “Nüvə silahı tətbiq oluna bilər”

ABŞ rəsmən elan etdi – MÜHARİBƏ BAŞLAYIR (17 Mart 2017 16:38)
“ABŞ öz saatını sakitcə gözləməlidir” - Putinin “nüvə” PROBLEMİ (24 Fevral 2017 19:33)
Zərif: "İran nüvə silahı istehsal etmək niyyətində deyil" (19 Fevral 2017 13:53)

Tarix: 10 Oktyabr 2016 11:53

“Dünya təhlükəli vəziyyətə yaxınlaşıb”.

Publika.az xəbər verir ki, bunu SSRİ-nin keçmiş lideri Mixail Qorbaçov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

“Düşünürəm ki, dünya təhlükəli vəziyyətə yaxınlaşıb. Konkret reseptlər vermək istəməzdim, amma demək istəyirəm: dayanmaq lazımdır. Dialoqu bərpa etmək lazımdır. Onun dayandırması ən böyük səhv idi”, - siyasətçi bildirib.

Onun fikrincə, dünya əsas prioritetlərə - nüvə silahının ixtisarı, terrorizmlə mübarizə və ekoloji faciənin qarşısının alınmasına qayıtmalıdır.

“Bu çağırışlarla müqayisədə bütün qalanlar ikinci planda qalır”, - Qorbaçov qeyd edib.

SSRİ-nin sabiq prezidenti etiraf edib ki, indiki şərtlərdə nüvəsiz dünya haqqında danışmaq çətindir. Amma onun fikrincə, bu hədəf utopiya deyil: “İndiki şərtlərdə nüvəsiz dünya haqqında danışmaq çətindir. Bunu etiraf etmək lazımdır. Amma unutmayaq ki, nüvə silahı mövcuddur və onun tətbiqi təhlükəsi var. Bu, təsadüf, texniki nasazlıq, insanın qəddar iradəsi və terrorçunun müdaxiləsi ilə ola bilər. Nüvəsiz dünya utopiya deyil, imperativ ehtiyacdır”.

Ömər Dağlı


Teqlər:  Qorbaçovdan SOS Nüvə silahı tətbiq oluna bilər



RƏYLƏR


Top xəbərlər