Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"QMİ ilə aramızı vurmaq istəyirlər" - Mübariz Qurbanlı

"QMİ ilə aramızı vurmaq istəyirlər" - Mübariz Qurbanlı

Date: 10 October 2016 11:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı dini sahədə yazan bəzi jurnalistlərə irad bildirib.

 

M. Qurbanlı APA-nın əməkdaşına deyib ki, dünən şoudan yazan bəzi jurnalistlər bu gün dindən yazır. Məhərrəmlik ayı ilə bağlı bəzi yazılara irad tutan komitə sədri qeyd edib ki, jurnalistlər çox şeyi qarışdırır: “Azərbaycanda suyu bulandırıb balıq tutmaq istəyirlər, amma bu, mümkün deyil. Bilsinlər ki, burada balıq tutmaq üçün bulanıq su yoxdur. Qafqaz Müsəlmanları İdarəsi ilə aramızı vurmaq istəyirlər. Jurnalistlər yazmadan əvvəl din sahəsini öyrənməlidirlər. Eyni zamanda idmandan, şoudan, kənd təsərrüfatından, dindən yazmaq olmaz. İxtisaslaşmayan jurnalist dini bilmir, ağzına gələni yazır. Adama deyərlər, nə istəyirsən?! Biz istəyirik ki, kimsə hansısa adla ölkəmizdəki ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmasın. Azərbaycan xalqının dininə, inancına hamımız hörmət edirik. Hamımız dinimizə bağlı adamlarıq”.

 


Tags:  QMİ aramızı vurmaq istəyirlər Mübariz Qurbanlı


RƏYLƏR


Top news