Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək

Türkiyə ədliyyə naziri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək
12:17 10 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktybar. REPORT.AZ/ Türkiyə ədliyyə naziri Bəkir Bozdağ FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcək.
"Report" "Milliyyet"ə istinadən xəbər verir ki, səfər oktyabrın 26-27-də baş tutacaq.
Ədliyyə nazirinin sözlərinə görə, o, ABŞ tərəfinə F.Gülənin cinayət fəaliyyətini sübut edən bütün lazımi sənədləri təqdim edəcək.
"Gülən üçün hazırlanmış dosyedən daha etibarlı birisi yoxdur və ola da bilməz... Dosyedə rəqəmsal daşıyıcı disklərə yazılmış təxminən 500 min sənəd var. Əgər bu cür ətraflı hazırlanmış dosyeyə görə də onlar ekstradisiyanı həyata keçirməsələr, daha hansı məlumatları istədiklərini anlamaq qeyri-mümkün olacaq", - deyə B.Bozdağ bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiye-edliyye-naziri-fetullah-gulenin-ekstradisiyasi-meselesini-muzakire-etmek-ucun-abs-a-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR