"Düşünürəm ki, iki övlad götürüb saxlayım" - Zümrüd

"Düşünürəm ki, iki övlad götürüb saxlayım" -  Zümrüd
12:31 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Zümrüd yenidən aparıcılıq edəcək (03 Aprel 2017 10:57)

Axşam.az teleaparıcı- aktrisa Zümrüd Qasımovanın “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Gec də olsa təbrik edirik, yeni TV və verilişlə tamaşaçı qarşısına çıxdınız... Xəzər TV ilə niyə yollarınızı ayırdız?

- Çox sağ olun, təşəkkür edirəm. Xəzər TV-də iki sezon çalışdım. Sadəcə olaraq layihəm bitmişdi, ancaq öncədən ARB TV mənə əməkdaşlıq barədə təklif irəli sürmüşdü. Daha əvvəl, yəni iki il ARB-də (keçmiş Region TV) çalışmışam. Məmnuniyyətlə təklifi qəbul etdim. Səhər verilişlərini çox sevirəm. Düşündüm ki, tam mənə uyğun bir verilişdir. Mənim qəribə bir xasiyyətim var. İnsanlarla ünsiyyət qurmağı bacarıram. Verilişdə qonaqlar maraqlı açıqlamaları özləri vermək istəyirlər. Onları gözəl başa düşürəm, məni də tanıdıqları üçün səmimi söhbət alınır. Suallar da burada böyük rol oynayır.

- Sonuncu dəfə sosial şəbəkədə paylaşdığınız foto müzakirələrə səbəb oldu. Nə səbəbə o şəkli indi paylaşdız?

- Mən 5 il öncə xəstəliyə yoluxdum. 28 yaşında belə bir şeyə düçar olmaq bilirsiz nə deməkdir? Ümid yeri axtarırdım, ilham ala biləcəyim şəxslər tapmaq istəyirdim. Bütün günü internet saytlarında axtarış aparırdım. Bilmək istəyirdim ki, bu xəstəlikdən kimlər əziyyət çəkib, nə açıqlamalar veriblər və s. Onların neçə il yaşadıqlarını bilmək istəyirdim. O dövrdə Türkiyədə “Adını Feriha koydum” serialı yayımlanırdı. Baş qəhrəmanlardan biri xərçəngə tutuldu, mən onun cəsarətinin şahidi oldum. O keçəl halda efirlərə çıxdı, bu xəstəlikdən əziyyət çəkənlərə müraciət etdi, dəstək oldu. İllər keçdi, mən də mətbuata bu haqda açıqlamalar verməyə başladım.

Heç vaxt xəstəliyimi gizlətmədim. İnsanların beynində belə bir deyim formalaşıb: “Bu haqda danışmaq olmaz, ayıbdır, gizlətmək lazımdır”. Məndə belə bir şey olmayıb. Düşünmüşəm ki, mənim başıma gələn, digərlərinin də başına gələ bilər. İnsanlara dəstək olmaz lazımdır. Hicran Nəsirova, Xuraman Qasımova kimi sənətçilərdə belə bir xəstəlik var. Onlara baxırdım, həyatın davam etdiyini düşünürdüm. Oktyabrın 2-si Ümumdünya süd vəzi xərçəngi ilə müdafiə günüdür. Həmin günü veriliş etmək, xəstəlikdən əziyyət çəkən sənətçilər dəvət etmək istədik, alınmadı. Düşünürdüm ki, o gün həyatımda elə-belə keçməli deyil.

Əvvəlcə həyat yoldaşıma dedim ki, elə bir foto paylaşmaq istəyirəm. Əslində, o anda çəkilən bütün fotoları pozmuşdum. Bir neçə foto isə həyat yoldaşımda qalmışdı. Ondan xahiş etdim ki, mənə göndərsin.Dedi ki, nəyinə gərək? Lazım deyil. Mən də cavab verdim ki, mən subay qadın olsaydım bunu etməyə cəsarətim olmazdı. Fikirləşərdim ki, yenidən ailə həyatı quracam və s. Bildiyimə görə, məni dəlicəsinə sevən bir həyat yoldaşım var. Məni hər bir halda qəbul edib, dəstək olub. Mənə çox qadınlar müraciət etdi, mən də istəmirəm onlar pis olsunlar. Xanımlar deyir ki, biz sizin reportajlarınıza qulaq asıb ilhamlanırıq.

Düşündüm ki, həmin fotonu paylaşım, xəstəlikdən əziyyət çəkənlər ruhlansınlar. Həddindən artıq şərhlər bildirildi. Hər kəs ona yaxın olan şəxsin belə xəstəlikdən əziyyət çəkdiyini bildirdi. Şükürlər olsun ki, sağalmışam... Foto paylaşanda qəribə bir şey hiss etdim. Mənim sinə hissəmdən boyun nahiyəmə kimi isti gedir, dayanmır. Daha sonra anladım ki, neçə min nəfər bu fotonu görüb, müzakirə edir. Həmin insanların enerjisi idi, bir neçə gündür ki, özümü yaxşı hiss etmirəm. Hiss edirəm ki, hamı məndən danışır. Anam deyir ki, niyə o fotonu paylaşdın? İnsanlar soruşur ki, yenə xəstəliyə düçar olub?

- Analığınızdan da məhrum olduz...

- Ana olmaqdan əl çəkdim ki, mən yaşayım. Düşünürdüm ki, belə bir qərar verə bilməzdim. Amma məşhur bir qadının həyatı mənə örnək oldu. Janna Friske xəstəlikdən dünyasını dəyişməsəydi, mən ana olacaqdım. Amma onun həyatını gördüm, riskə gedib övlad dünyaya gətirdi. Ancaq öləndən sonra uşaq üstündə davalar oldu. Boşu-boşuna belə bir addım atdı. Oğlu böyüyəcək, əri də evlənəcək. Mən anladım ki, dəyməz. Düşünürəm ki, iki övlad götürüb saxlayım. Vaxtı gələndə ona da hər şeyi danışacam. İndi evimlə bağlı məsələləri həll edim, daha sonra belə addım atacam. Həyat yoldaşım deyir ki, sən mənim uşağımsan. Hərdən də söyləyir ki, təsəvvür et mən sənin övladınam. Mənimlə oyna, məni danla... Cavab verirəm ki, səni başa düşürəm, ancaq hər şey belə olmur. Elə bilməyin ki, həmişə indiki kimi gülürəm. Mənim çətin vaxtlarım olub.

Özümü heç vaxt öldürmək istəməmişəm. Sadəcə olaraq hava almaq, dəniz kənarında bir az gəzmək istəmişəm. Kimya terapiya zülmlü bir şeydir. Bu dünyada cəhənnəmdir. Şüa müalicəsinə gedirsən, görürsən ki, dərin yanır. Uzun müddət sol hissəm qara idi. Xüsusi xətlər çəkirdilər, duş qəbul edə bilmirsən ki, çəkilən xətlər yox olacaq. Mən 21 gün cəhənnəmi bu dünyada gördüm. İndi kim nə deyirsə, vecimə almıram. Allahın mənə verdiyi ömürdü, istədiyim kimi yaşayıram. Olan axırıncı pulumu belə xərcləyirəm. Mən pul yığmaq, ev almaq, maşını dəyişmək kimi fikrə düşmürəm. İnsanlar var ki, illərlə pul yığırlar, ancaq bir gün dünyadan köçüb gedirlər. Ancaq həyatımı doya-doya yaşamaq istəyirəm. Mənim üçün ən əsas odur ki, insanların sevgisini qazanmışam.

- Radikal bir qərar vermisiz, həyat yoldaşınızın qərarınıza münasibəti necə oldu? O da bir daha ata olmayacaqdı, reaksiyası necə oldu?

- 5 il əvvəl həkimlər mənə demişdi ki, uşaq dünyaya gətirmək olmaz. Buna baxmayaraq 5 ildir ki, mən səbir edirdim. Allah mənə gözləmədiyim bir anda hamiləlik nəsib etdi. Fikirləşdim ki, uşağı dünyaya gətirdim, sonra? Həyat yoldaşım da dedi ki, mənim üçün sən vacibsən. Sənsiz uşağı nə edəcəm? Dedim ki, düzdü, amma xeyir ola? Mən öləcəm, sən də ikinci dəfə ailə həyatı quracaqsan? (gülür). Elə şey olmayacaq, ölsəm də səni özümlə aparacam. Radikal bir qərar idi. Mən övlad dünyaya gətirə bilərdim, ancaq mənsiz o bu dünyada nə edəcəkdi? Bir gün həyat yoldaşıma dedim ki, mən sabah əməliyyata gedirəm, həkimlə danışmışam.

Bakıda əməliyyat olundum. Düşünürdüm ki, bunu heç kəs bilməyəcək, heç kəsə də əməliyyat barədə məlumat vermədim. Bircə həyat yoldaşımın xəbəri oldu. Əməliyyat olandan sonra anam hardansa öyrəndi, mənə zəng vurdu. Ondan sonra söylədim ki, siz bildizsə, qoyun, hamı bilsin. Sosial şəbəkədə paylaşım etdim. Hər kəsə izat etmək məni yorur. İnsanların mənə yazıq kimi baxmasını istəmirəm. Canım sağ olsun, dahilər var ki, ana ola bilməyiblər. Bu mənim qismətimdir.

- Siz ilk dəfə Azərbaycanda əməliyyat olunduz?

- Yox, Türkiyənin Ankara şəhərində əməliyyat olmuşam, müalicə almışam. Əməliyyat zamanı həyat yoldaşım yanımda idi. Kimyaterapiyanı isə Bakıda aldım. Daha sonra şüa müalicəsi üçün Ankaraya getdim, 2 aya yaxın orada qaldım. 5 ilə yaxındır ki, müalicə alıram. Ancaq belə deyirlər ki, beş il sonra bu xəstəlik insanda yoxa çıxır. Demək olar ki, mən artıq xilas olmuşam.

- Əlbəttə, müalicə almaq üçün böyük məbləğdə maliyyə tələb olunur. Pul problemi olmadı?

- Pul hər zaman problemdir(gülür). Mən xəstələnən zaman cibimdə cəmi 1000 AZN pul var idi. O ərəfədə həyat yoldaşımla problemlərimiz var idi, ayrılmaq istəyirdik. Anama da ayrılmağım barədə məlumat verməmişdim, rəfiqəmgildə qalıram. Rəfiqəmin anasına yaramı göstərdim, dedi ki, nə danışırsan? Sən döşsüz qala bilərsən. 20 gündür ki, yoldaşımla danışmırdım. Allah böyükdür, mən tək xəstəxanaya getdim. Nəticələrə baxdım, gördüm ki, 99 faiz bədxassəli şiş yazılıb. Təsəvvürümə belə gətirməzdim. Rəfiqəmgilə gəldim, 20 gündən sonra həyat yoldaşım zəng vurdu. Dedi ki, sənin üçün hər şey edəcəm. Səhəri günü pul gətirdi, biletimi aldı, 5 minə yaxın pul idi. Türkiyədəki klinikaya yola düşdüm.

Təsəvvür edin ki, mənə müxtəlif müalicələr edəcəyimi deyirlər. Mən də lazım olacaq məbləğin miqdarını soruşuram. Düşünürsən ki, mən o qədər pulum yoxdu, nə edim? O zaman qürur kənara atılır, həyat yoldaşıma zəng vurdum, hər şeyin yaxşı olacağını söylədi. Səhəri günü dedi ki, gedək gəzək, sən nə istəyirsənsə, alım. Mənə qızıl boyunbağı aldı (gülür). Mənim yoldaşım imkanlı şəxs deyil, biz sadə ailəyik, məmurdur. Mənə görə, çox şeylər edib. Şükürlər olsun, ev, maşım alacaq qədər pul deyildi. Heç kəsə ağız açmadıq. Anamı da tənbeh etmişdim. Heç kəsdən pul götürmək istəmirdim, ehtiyac olmadı.

- Həyat yoldaşınız müsahibə zamanı ən azı 4 dəfə zəng vurub. Deyəsən, çox qısqancdır.

- Hər bir xanım diqqət mərkəzində olmaq istəyir. Amma qədərində olan qısqanclıq... Onun sevgisi və qısqanclığı məni yaşadır. O məni çox qısqanmır. Qısqanan insan məni işləməyə qoymaz, deyər ki, evə otur. Mən teatrda, TV-də çalışıram. Həyat yoldaşım deyir ki, istəyirsənsə, toya da get. O söyləyir ki, səni səhnədə görməkdən xoşum gəlir. Bunları mənə qısqanmır. Həyat yoldaşım məni itirməkdən qorxur, deyir ki, bir gün məni qoyub gedərsən, səni məndən çox sevən bir insan qarşına çıxa bilər. Bircə buna qısqanır. Hər dəfə belə şeylərə görə, zəng vurur.

- Neçə ildir ki, ailə qurmusuz?

- Oktyabrın 18-i 8 illiyimiz olacaq. Hər il bu vaxtı xüsusi qeyd edirik. O gün Yuğ Teatrının yaranma günü, ustadım Vaqif İbrahimoğlu və mənim tanışlıq günümdür. Düşünürəm ki, mənə maraqlı bir hədiyyə alacaq. Ancaq 8 ildir onu tanıyıram, 5 ildir ki, evliyik. Dəlicəsinə bir tanışlıq olmuşdu, 8 ay arxasıyla sürünmüşəm. Mən onu gördüm, dedim ki, o, mənim həyat yoldaşım olacaq. Təbiətcə çox ağır insandır, ona hər gün yazırdım ki, “səni sevirəm”. O vaxtlar ANS TV-də “Gecə yarı” verilişini aparırdım. Hamının məndən xoşu gələn vaxtı onu seçmişdim. Gündə 50 SMS yazırdım, min bəhanələr uydurub söz soruşurdum. Görürdüm ki, soyuqqanlıdır. 8 aydan sonra o məni 8 ildir ki, sevir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

“Finalda uduzsaydıq, bunu həzm edə bilməzdik"

22 May 2017 19:59

Gömrükdə 4 min ədəd siqaret aşkar edilib

22 May 2017 19:55

İslamiadanın bağlanış mərasiminin DETALLARI

22 May 2017 19:54

"Çovğun hamısını apardı" - İsmayıllıda qasırğa - VİDEO - FOTO

22 May 2017 19:52

Ruhani: Azərbaycan İranın ən yaxşı qonşusudur

22 May 2017 19:50

Kərimi anasının qəbrinə yaxın buraxmayıblar -

22 May 2017 19:50

Ad günündə nələri etmək olmaz? - Bu qonaqlardan və hədiyyələrdən qorunun!

22 May 2017 19:43

Xalq artisti nəticəsini belə əzizlədi - VİDEO

22 May 2017 19:42

Türkiyənin tanınmış aktrisasına xərçəng diaqnozu qoyulub

22 May 2017 19:42

Özü festivalda, sevgilisi başqası ilə... - FOTO

22 May 2017 19:42

Gülnarə Xəlilova: Azərbaycanda İslamiada kimi tədbirlərin keçirilməsi ölkəmizin öncüllərdən olduğunu göstərir

22 May 2017 19:36

"Azərbaycan" jurnalının yeni sayı

22 May 2017 19:36

Putin Fransada Makronla görüşəcək

22 May 2017 19:34

"Sənin ölməyini gözləyə bilmərəm, evi adıma keçir" - oğlundan Əmraha

22 May 2017 19:32

Baş məqşçi: "Əsəs hədəfimiz dünya çempionatın seçmə mərhələsidir"

22 May 2017 19:27

Günay: "Hələ beləsi olmayıb" - FOTO

22 May 2017 19:22

Beyninə qan sızan meyxanaçı Kərimdən YENİ XƏBƏR

22 May 2017 19:22

"Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi idmanın təbliği baxımından əhəmiyyətlidir"

22 May 2017 19:22

Yüngül siqaretlər ağciyər xərçənginə ikiqat meyillidir

22 May 2017 19:18

Bu ilin əvvəlindən "DDoS" hücumlar azalıb

22 May 2017 19:17

Berlində bomba həyəcanı:

22 May 2017 19:13

BİABIRÇILIQ! Qoca kişi gəlinlikdə rəqs edir - VİDEO

22 May 2017 19:12

Premyer Liqada mövsümün qolunu ƏMRƏ CAN vurdu - VİDEO

22 May 2017 19:12

Qriqorçuk onu geri qaytardı - FOTO

22 May 2017 19:07

Bakıda iki qardaşın ölməsi ilə nəticələnən yanğının DETALLARI - FOTO

22 May 2017 19:05

Yerli məşhurlar və övladları - FOTOLAR

22 May 2017 18:57

O gözəl futbolçulara verdiyi sözü tutacaq? - FOTOLAR

22 May 2017 18:57

FHN Binəqədidəki yanğınla bağlı məlumat yayıb

22 May 2017 18:55

Bit bazarından 20 manata aldı, 700 min manata satacaq

22 May 2017 18:53

Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilib

22 May 2017 18:52

Ruhani: "ABŞ-ərəb sammiti tamaşadır"

22 May 2017 18:52

Orqanizmi qocalmağa qoymayan 6 cavanlıq cövhəri haqqında bilmədikləriniz

22 May 2017 18:48

Aparıcı Şəhriyar: "Saçıma dən düşməyi məni sevindirir"

22 May 2017 18:47

® “DəmirBank” ASC 2017-ci ildə xidmətləri satınalınması məqsədi ilə tender elan edir

22 May 2017 18:39

Aygün Kazımova türkiyəli müğənnilərdən şikayət etdi

22 May 2017 18:37

Meksikada ağır yol qəzası

22 May 2017 18:37

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

22 May 2017 18:36

Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM

22 May 2017 18:34

Türkiyədə dizel yanacağının qiyməti qaldırılır

22 May 2017 18:32

Makronun qələbəsi: geosiyasi və daxili ziddiyyətlərin fonunda

22 May 2017 18:32

"Bank of Baku" İnternet Bankçılıq xidmətini yeni funksiyalarla təkmilləşdirir

22 May 2017 18:29

15 iyul çevrilişinin 1-ci generalı: "Kaş ölərdim, bu günləri görməzdim"

22 May 2017 18:29

Günay Musayeva eks əri haqda danışdı - VİDEO - FOTO

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

22 May 2017 18:27

"Qarabağ"dan ayrıldı, "Qəbələ"yə gedir - SON ANDA

22 May 2017 18:27

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib - FOTO

22 May 2017 18:27

Azərbaycan gözəlləri

22 May 2017 18:26

Bank "BTB"nin "MasterCard" sahiblərinə yeni müjdə

22 May 2017 18:22

Bakıda "X5"lə avtoqəza törətmiş şəxs restoran sahibi olub?

22 May 2017 18:22

Azərbaycanda tanınmış baş həkim vəfat etdi

22 May 2017 18:19