Bakıda evə basqın: döyüb pulları apardılar

Bakıda evə basqın: döyüb pulları apardılar
12:34 10 Oktyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayonu Salyan yolu küçəsində yaşayan 1937-ci il təvəllüdlü Zeynalov Anatoli Mirzə oğlunun evinə basqın edən şəxslər onu döyərək xeyli pul aparıblar. Evdən quldurluq yolu ilə ümumilikdə 1600 dollar və 3800 manat aparılıb.

Zərərçəkən ifadəsində evə basqın edən şəxsləri tanıdığını bildirib və cinayəti Ramil və Elçin adlı şəxslərin həyata keçirdiyini deyib.

 

Əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Ramil Mirzəyev tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/256077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR