İsveçrədə ilk bionik Olimpiada başa çatıb

İsveçrədə ilk bionik Olimpiada başa çatıb
12:35 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Oktyabrın 8-də İsveçrədə dünyada ilk dəfə keçirilən bionik Olimpiada başa çatıb. 

"ICTnew" Elektron Xəbər Xidməti "Rsute" resursuna istinadən yazır ki, kibatlon fiziki imkanları məhdud insanların yüksək texnologiyalı protez, əlil arabası, ekzoskelet, əzələ elektrostimulyasiyalı velosiped konstruksiyaları kimi yardımçı qurğulardan istifadə etməklə yarışdığı ilk beynəlxalq turnirdir. Yarışın təşkilatçısı qismində İsveçrə Elmi Fondunun maliyyələşdirdiyi "NCCR robotics" elmi-tədqiqat proqramının dəstəyi ilə Sürix Ali Texniki Məktəbi çıxış edib.  

Təşkilatçıların sözlərinə görə, kibatlonun 3 məqsədi olub: elmi cəmiyyətlər və sənaye, həmçinin texnologiya tərtibatçıları və fiziki imkanları məhdud insanlar arasında dialoq və əlaqə qurmaq və praktikada yüksək texnologiyalı, robotlaşdırılmış qurğuları nümayiş etdirməklə onlardan gündəlik həyatda istifadəni təşviq etmək.

Dünyanın 25 ölkəsinin iştirak etdiyi olimpiadada idmançılar bionik protezlər vasitəsilə mübarizə aparıblar. Çempion adına İsveçrə, Almaniya, İslandiya, Niderland və ABŞ nümayəndələri layiq görülüb.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43712-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR