10 illik SİRR AÇILDI: Onu “Real”dan Ronaldoya görə qovublarmış - FOTO

10 illik SİRR AÇILDI: Onu “Real”dan Ronaldoya görə qovublarmış - FOTO
12:38 10 Oktyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

“Real”ın keçmiş baş məşqçisi Vanderley Luşemburqo “Kral klubu”ndan qovulmasının səbəbini 10 ildən sonra açıqlayıb.

Publika.az xəbər verir ki, Luşemburqo “Real”dan Ronaldoya görə qovulduğunu iddia edib. O, Ronaldonu əvəzləməsinin “Real”ın prezidenti Florentino Peresin xoşuna gəlmədiyini, buna görə də onu qovduğunu bildirib:

“Peres Ronaldonu əvəzlədiyim üçün məni qovdu. Yaxşı işləyirdim. Hadisələrin axarı “Real”da qalacağımı diqtə edirdi. Ancaq Peres məni 1:0 hesabı ilə qalib gəldiyimiz oyundan - “Xetafe” ilə qarşılaşmadan sonra qovdu.

Həmin oyunun ilk hissəsində Bekhem meydandan qovulmuşdu. İkinci hissənin sonlarında Ronaldonu əvəzlədim. “Real”ın azarkeşlərini nəsə qane etməyəndə ağ dəsmal qaldırırlar. Onlar tamaşa istəyirlər, mən isə qalib gəlməyi düşünürdüm.

Peres mənə zəng etdi və Ronaldonu nəyə görə əvəzlədiyimi soruşdu. Ona izah etdim ki, azlıqda qalmışdıq və oyunun sonları idi, hesabı qorumaq üçün bu addımı atdım. O isə mənə dedi ki, “Real”da belə etmək olmaz. Çünki azarkeşlər baxımlı futbol istəyirlər. Ona belə cavab verdim: “Prezident, mən bura qalib gəlmək, nəticə vermək, “Barselona”nı geridə qoymaq üçün gəlmişəm. Sizdən iş xahiş etməmişəm, siz mənim ardımca Braziliyaya gəlmisiz. Razı deyilsizsə, məni qova bilərsiz”.

Luşemburqo “Real”a 2004-cü ilin 30 dekabrından 2005-ci ilin 4 dekabrına qədər rəhbərlik edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR