Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Rasim Balayev SİRR AÇDI: “Polislər məni otelə apardılar...”

Rasim Balayev SİRR AÇDI: “Polislər məni otelə apardılar...”

Date: 10 October 2016 12:48

Xalq artisti, tanınmış aktyor Rasim Balayev əldə etdiyi uğurlardan sonra heç vaxt çaşmadığını, şöhrətdən başının gicəllənmədiyini deyib.

Publika.az xəbər verir ki, televiziya verilişlərinin birində qonaq olan sevimli aktyorumuz “Nəsimi” filmini xatırlayıb və o filmlə tanındığını deyib:

“Nizami” kinoteatrında o vaxt xaricdən gətirilən filmlər uzaqbaşı 15 gün anşlaqla göstərilirdi. Amma “Nəsimi” düz bir ay dalbadal anşlaqla nümayiş olundu. Film Daşkənddə festivalda göstəriləndə biz də iştirak edirdik. Camaat o qədər izdiham yaratmışdı ki, polislər məni maşınlarında otelə apardılar. Böyük ekranda ilk işim idi, amma mən o şöhrətdən çaşmadım”.

Xalq artisti bu gün də işinə məsuliyyətlə yanaşdığını və uğurlardan başının gicəllənmədiyini deyib.

Cəvahir


Tags:  Rasim Balayev SİRR AÇDI Polislər məni otelə apardılar

RƏYLƏR


Top news