"Space" bağlanacaq? - MTRŞ-dan AÇIQLAMA

"Space" bağlanacaq? - MTRŞ-dan AÇIQLAMA
12:52 10 Oktyabr 2016
149 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəqəmsal yayıma keçidlə əlaqədar "Space" Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, "Space TV"-də rəqəmsal yayıma hazırlıq işlərinə baxış keçirsə də, ancaq telekanalın buna hazır olmaması müəyyən edilib.

Rəqəmsal yayıma keçidlə əlaqədar "SPACE" Müstəqil Teleradio Şirkəti (Space TV) hazırlıq işlərini hələ də yekunlaşdırmayıb.

Milli.Az bildirir ki, Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədovpublika.az-a deyib ki, bütün televiziyalar rəqəmsal yayıma keçidə hazırdır: "2011-ci ildən rəqəmsal yayım anoloq yayımla paralel yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı ilə 2011-ci ilin dekabrından rəqəmsal yayıma keçilib. Həmin qərardan sonra televiziyalar texniki imkanlarını rəqəmsal yayıma uyğunlaşdırıblar. Telekanalların rəqəmsal yayıma keçidlə bağlı texniki parametrlərində heç bir problem yoxdur. Digər telekanallarda olduğu kimi "Space" TV-nin də rəqəmsal yayıma keçidlə bağlı texniki imkanları var. Rəqəmsal yayıma keçidin tam təmin edilməməsinin səbəbi əhalini dekoder və yeni nəsil televizorlarla keçidi ilə bağlı idi".
Xatırladaq ki, noyabrın 1-dən Bakıda, dekabrın 1-dən etibarən isə bölgələrdə rəqəmsal yayıma keçid tam təmin ediləcək, anoloq yayım dayandırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR