AŞPA: "Referendum qanunidir və legitimdir"

AŞPA: "Referendum qanunidir və legitimdir"
12:52 10 Oktyabr 2016
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyası Bürosu bazar ertəsi, 10 oktyabr 2016-cı ildə Fransada, Strasburqda Makedoniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və 26 sentyabr 2016-cı ildə Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri, deputat cənab Aleksandar Nikoloskinin memorandumunu yekdilliklə təsdiqlədi. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözlər AŞPA nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun göndərdiyi açıqlamadan götürülüb. 

E.Süleymanov daha sonra qeyd edir: 

- AŞPA Ad-hok komitəsi 24-27 sentyabr 2016-cı ildə səsvermə gününü izləmək, eləcə də referendum kampaniyasını qiymətləndirmək mandatı çərçivəsində referendumu dəyərləndirmək məqsədilə Azərbaycana səfər edib: "Azərbaycanla bağlı bütün digər müvafiq məsələlər Avropa Şurası ilə Azərbaycan arasında monitorinq dialoqunun bir hissəsidir və Ad-hok komitə hakimiyyəti Monitorinq Komitəsi ilə əməkdaşlığı davam etdirməyə və Avropa Şurası Parlament Assambleyasının nəticə və tövsiyələrini yerinə yetirməyə dəvət edir". 

AŞPA missiyası belə qənaətə gəlir: "Referendum ölkə qanunvericiliyinə və Azərbaycan Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Missiya qeyd etmişdir ki, seçki günü ərzində səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli və dinc keçdi və olduğumuz məntəqələrdə səslərin sayılmasında son nəticələrə təsir edə biləcək pozuntular müşahidə etmədik. AŞPA missiyası eyni zamanda bildirmişdir ki, Konstitusiyaya dəyişikliklərin qəbul edilməsinin lehinə olaraq, referendumun nəticələri ölkənin təhlükəsiz, sabit və davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi, Azərbaycan xalqının iradəsini ifadə edir və demokratik və iqtisadi çağırışlara cavab olaraq, daha səmərəli idarəçilik sistemi qurmağa və ölkə üçün zəruri olan daha məzmunlu islahatlar aparmağa yönəlib".
AŞPA Bürosunun üzvləri bu səhər Strasburqda bu memorandumu nəzərdən keçirib, yekdilliklə qəbul edərək, referendumun rəsmi müşahidə prosesini müsbət qaydada tamamlayır. Bu islahatlar insan hüquqları, iqtisadiyyat və institutlar sahəsində Azərbaycan Respublikası Konstitusiyasını gücləndirdiyindən, ölkəmizin tarixində yeni və ümidverici bir fəslə zəmin yaratmış olduq". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/477899.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR