"Qatar Airways" Bakıdan Namibiyaya 3 400 manata sərnişin daşıyacaq

"Qatar Airways" Bakıdan Namibiyaya 3 400 manata sərnişin daşıyacaq
12:57 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Qatar Airways" aviaşirkəti Bakıdan bir sıra xarici ölkələrin şəhərlərinə uçuşlarla bağlı payız güzəşt kampaniyasına başlayıb. “Report” xəbər verir ki, 25-i “Economy”, 13-ü isə “Business” sinfi üzrə olmaqla ümumilikdə 38 istiqamətdə qiiymətlər müəyyənləşdirilib.
Kampaniyanın şərtlərinə görə, biletlər oktyabrın 6-10-da alınmalı, uçuşlar isə oktyabrın 10-dan 2017-ci il iyunun 30-na qədər baş tutmalı, sərnişin həmin şəhərdə minimum 3 gün, maksimum isə 1 ay qalmalıdır.
Arasında Afrika, Avstraliya, Asiya ölkərinin də yer aldığı siyahıda ən ucuz uçuşlar Bəhreynə həyata keçirilir ki, onun da qiyməti 936 manatdan başlayır. “Economy” və “Business” sinfləri üzrə ən bahalı uçuşlar Avstraliyanın Adelaida şəhərinə təşkil edilir və bu şəhərə olan “Economy” biletin qiyməti 2 323 manatdan, “Business” sinfi biletin qiyməti isə 7 953 manatdan başlayır.
"Qatar Airways"in Bakıdan uçuşlar həyata keçirdiyi şəhərlər sırasında Nambiyanın paytaxtı Vindhuk (Windhoek), Seyşel adaları, Maldiv adaları, Vyetnam, ABŞ, Honq-Konq, Malayziya, Hindistan, BƏƏ, Şri-Lanka və başqa ölkələrin şəhərləri yer alıb.
Namibiyaya biletlər “Economy” sinfi üzrə 1 672 manatdan, “Business” sinfi üzrə 34 21 manatdan başlayır.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/qatar-airways-bakidan-namibiyaya-3-400-manata-sernisin-dasiyacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR