Ər arvadını və qayınanasını güllələdi - TƏFƏRRÜAT

Ər arvadını və qayınanasını güllələdi - TƏFƏRRÜAT
12:57 10 Oktyabr 2016
59 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gün Türkiyədə cinayət faktı qeydə alınıb.

Milli.Az "Posta"ya istinadla xəbər verir ki, Aydında həyat yoldaşını və qayınanasını tüfənglə vurub öldürən şəxs polisə təslim olub.

Aydının Didim rayon sakini Nazmi Z. həyat yoldaşı tərəfindən tərk edilib. Qadın evi tərk edərək anasıgilə gedib. Ər barışmaq üçün qayınanasıgilə getsə də, xanımı onun barışıq təklifini rədd edib.

"Yox" cavabı alan Nazmi Z. özü ilə gətirdiyi tüfənglə xanımını və qayınanasını güllələyib. Nazmi onları öldürdükdən sonra hadisə yerindən qaçıb.

Qonşular təcili tibbi yardım çağıraraq polisə xəbər veriblər. Nazmi bir gün sonra polisə təslim olub. 

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, cütlüyün 1 yaşlı övladı var.

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR