Dekabrın 1-nə hazırsınızmı?

Dekabrın 1-nə hazırsınızmı?
13:03 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Rəqəmsal yayıma keçidlə bağlı Bakıda əhalinin heç bir problemi olmayacaq. Bizdə olan məlumata görə, regionlarda isə əhalinin 8 faizi yerüstü yayımdan istifadə edir”.

Bunu Publika.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, kabel və peyk antenalarından istifadə edənlərin rəqəmsal yayıma keçidində çətinlik olmayacaq: “Çünki onlar siqnalı rəqəmsalla qəbul edir. Bakıda və Abşeron yarımadasında əhali kabel şəbəkəsindən geniş şəkildə istifadə edir. Yerüstü yayıma gəldikdə isə deyə bilərik ki, artıq əhalinin əksəriyyətində yeni nəsil televizorlar var. Regionlarda bu barədə sorğu keçirilib. Məlum olub ki, əhalinin 7-8 faizi yerüstü yayımdan, 70-75 faiz çanaq antenalarından istifadə edir. 8 faizin heç də hamısı köhnə televizordan istifadə etmir, onlar arasında yeni nəsil televizorları olanların da sayı kifayət qədərdir. Hesab edirik ki, dekoderə ehtiyacı olanların sayı çox cüzidir”.

T.Məmmədov onu da bildirib ki, rəqəmsal yayıma keçid imkanı olmayan əhalinin sayı çox deyil: “Onlar da dəyəri 25-30 manat civarında olan dekoderlər ala bilər. Rəqəmsal yayıma keçid ərəfəsində bəzi işbazlar tərəfindən dekoderlərin qiymətinin süni şəkildə artırılmasının qarşısını almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 5 min dekoder ehtiyat saxlanılıb. Bazarda qiymət artımı müşahidə edilsə, həmin dekoderlər poçt şöbələrinə paylanılacaq və orada satışa çıxarılacaq. Rəqəmsal yayıma hazırlıq uzun müddət davam etdiyindən problem yaşanmaması üçün tədbirlər görülüb”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/171591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR