Azərbaycanda yeni strategiya işə düşdü: hamımız işləməliyik

Azərbaycanda yeni strategiya işə düşdü: hamımız işləməliyik
13:05 10 Oktyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq zaman yetişib. Vladimir Ulyanov-Leninin bir əsr əvvəl, Oktyabr inqilabı ərəfəsində dediyi bir ifadə vardı: "Dünən tez, sabah gecdir - məhz bu gün".

Məhz bu gün, burada və indi Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər başlanıb. Ölkə postneft erasını yaşayır və islahatlar sürətlənir.

"Hanı o islahatlar, niyə görmürük" deyənlərin demaqogik iddialarının, əsassız suçlamalarının və sosial şəbəkələrdəki "qəhrəmanlıq" izharlarının təm əksinə olaraq, işlər görülür.

Özü də az iş deyil və onların məcmusu ölkəni neft erasının bol gəlirlərinə alışan, indisə dünya bazarlarında xam neftlə təbii qazın hədsiz ucuzlaşdığı dövrdə gəlirlərinin əksər hissəsini itirmiş dövlətlərin acı durumundan fərqli olaraq, normal situasiyada olmağa imkan verir.

Mühit daha sağlam olmalıdır

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb.

Sahibkarlar, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında artıq dövlət proqramlarına qoşulurlar. Fermerlərdə, kiçik və orta sahibkarlıqla məşğul olan insanlarda dövlətə inam artıb.

Banklarda kreditlərin verilməsi şərtlərinin sərtləşməsinə, ümumi bahalaşmanın Azərbaycandan yan keçməməsinə, idxal rüsumlarının artırılmasına, ixracda rəqabətə davamlı məhsullarının payının artırılmasına yönəlmiş tədbirlərin daha da ciddiləşməsinə rəğmən.

İlk baxışdan paradoks təsiri bağışlaya bilər, amma belə deyil.

Çünki Azərbaycanın dövlət başçısı İlham Əliyev yaxın illərdə iqtisadiyyatla bağlı prioritetləri, hədəf və məqsədləri dəqiq müəyyənləşdirib.

Əvvəla, bütün "tənqidçi"lərin, xüsusilə də sosial şəbəkələrdə ah-vay edərək "gəlirlər azaldığından sosial proqramların əksəriyyəti dayandırılacaq" deyənlərin iddialarının tam tərsinə olaraq, heç bir (!) sosialyönlü proqram dayandırılmayıb: əksinə, 2017-ci ildə də büdcə sosialyönümlü olacaq. Eyni zamanda, daxili investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulub.

Yəni "dövlət baba" bir tərəfdən sosial proqramlara əvvəlkindən də artıq pul ayıracaq, digər tərəfdən xarici şirkətlərin investisiyalarına, beynəlxalq təşkilatların kreditlərinə bel bağlamadan daxili investisyaları, yəni şirkətlərin pullarını və büdcə ayırmalarını daha da artıracaq.

Üstəlik, makroiqtisadi sabitliyin qorunması üçün gərəkli bütün adımlar atılacaq, inflyasiyanın sürətli artımının qarşısı alınacaq.

Daha konkret olsaq, inflyasiyanın, bahalaşmanın birrəqəmli olması üçün gərəkən nə lazımdırsa, ediləcək ki, bunun üçün süni qiymət artımına yol verilməyəcək, topdan və pərakəndə satış sistemləri ciddi nəzarətdə saxlanılacaq.

Durumdan yararlanmaq istəyən işbazlar, kökünə balta vurulan süni inhisarların başında duran məmurlar və "biznesmen"lərsə artıq birdəfəlik anlamalıdır: onlara xalqın hesabına bundan sonra da varlanmağa imkan verilməyəcək.

Natəmiz insanlar, fırıldaqçılar, möhtəkirlər bugünədək olduğu kimi, kütləvi informasiya vasitələrindəki "kölə"ləri vasitəsilə mediada "Qiymətlər yenə bahalaşdı!" tipli ajiotaj yaradaraq, səs-küylə pərdələnib qiymətləri süni şəkildə artıra bilməyəcəklər və bununla da insanlarımızın əziyyət çəkməsinin qarşısı alınacaq.

Çətin olacaq, amma ediləcək. İlk əvvəl daxildə istehsal olunan ərzaq məhsulları ilə yarımfabrikatların tərkibindəki xarici komponentlər azaldılacaq və bununla da süni bahalaşmaya "xaricdən zəruri xammal gətiririk, ona görə qiyməti artırırıq" deyən işbazların səsi kəsiləcək.

Bir dənə də qəzalı məktəb qalmayacaq

İstənilən ölkənin iqtisadiyyatının durumunu anlamaq, oradakı insanlara dövlətin münasibətini, rəsmi qurumların, yəni hakimiyyətin işini səciyyələndirmək üçün bir sıra amillər və nəsnələr var. Məsələn, söz azadlığı, insan haqları, iqtisadi rifah səviyyəsi, ümumdaxili məhsul və sənayenin istehsal həcmi və s. təki.

Lakin həmin amillər arasında inkişaf etməkdə olan dövlətlərdəki situasiyanı metronom dəqiqliyi ilə göstərən bir məqam var: orta məktəblərin sayı, vəziyyəti və dövlətin orta ümumtəhsil sisteminin inkişafına ayırdığı vəsaitin həcmi.

1959-1900-cı illərdə Sinqapurun dövlət başçısı olmuş Li Kuan Yu kiçik, bütün təbii ehtiyatlardan xali - o dönəmdə Sinqapur hətta içməli suyu Malayziyanın Cohor şəhərindən satın alırdı - ölkənin bir çox daxili prolblemlərini həll etməyi bacardı. Məhz Li Kuan Yunun sayəsində Sinqapur üçüncü dünya dövləti statusundan çıxaraq dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.

Niyə, bilirsinizmi?! Li Kuan Yunun bir deyimi vardı: "Mən ölkəmdə bir dənə də pis vəziyyətdə orta məktəbin olmasına imkan verməyəcəyəm". Sinqapur məhz orta təhsilə ayrılan investisyaların sayəsində savadlı vətəndaşlar "əldə etdi" və sonra da o vətəndaşlar ölkənin lokomotivinə çevrildilər.

Azərbaycanda da bütün problemlərə, dünyanı çuğlayan və təbii ki, bizdən yan keçməyən müşküllərə rəğmən gələn il də xəstəxanaların, Olimpiya idman mərkəzlərinin, ən başlıcası isə orta məktəblərin tikintisi davam edəcək.

Zərurət duyulan məkanlarda modul tipli məktəblər inşa ediləcək.

Və Li Kuan Yunun 50 il əvvəl söylədiyi sözlərin qətiyyəti indi Azərbaycanda təkrarlanır: yaxın iki ildə ölkədə bir dənə də qəzalı, təmirsiz məktəb qalmayacaq.

Qalmamalıdır da - çünki inkişaf edirik.

Sinqapurlular "çətin olsa da, bütün problemləri çözəcəyik" deyəndə onlara inanmırdılar, şübhə edirdilər.

Azərbaycan da inkişafdadır: ümumdaxili məhsulun həcmi əvvəlki illərdəki təki sürətlə artmasa da, situasiya normaldır.

ÜDM-lə bağlı vəziyyəti "şərh" edənlərin anormal hesablamalarını bir kənara qoysaq, obyektiv olsaq, mənzərə belədir: dünya bazarlarında xam neft və təbii qazın qiymətləri aşağı düşdüyü üçün, təbii ki, Azərbaycanın da gəlirləri azalıb.

Ancaq bu, ölkə iqtisadiyyatının inkişafı üçün stimul rolunu oynayıb və enerjidaşıyıcılarının ucuzlaşması nə qədər qəribə də olsa, "şər deməsən, xeyir gəlməz" ifadəsinin əsrlərin sınağından keçmiş gerçəkliyini ortaya qoyub.

Rəqəmləri də unudaq?

Sadəcə, statistikaya nəzər salaq. Özü də Azərbaycanın dövlət qurumlarının və rəsmi instansiyalarının açıqlamalarına bilərəkdən istinad etmirəm, çünki odioz "tənqidçilər" rəsmi açıqlamalara həmişə və hər zaman şübhə ilə yanaşırlar.

Deməli, müstəqil ekspertlərin, beynəlxalq təşkilatların, ələlxüsus da Azərbaycana "xüsusi sevgi"ləri ilə seçilən strukturların açıqladıqları son hesabatlara görə, 2016-cı ilin əvvəlindən bəri Azərbaycanın qeyri-neft sənayesində 3,6 faizlik, kənd təsərrüfatında isə 2,4 faizlik artım qeydə alınıb. Heç bir (!) sosial və infrastruktur layihəsi dayandırılmayıb, 29 məktəb tikilib, 485 məktəb tam təmir olunub, 33 səhiyyə obyekti tikilib, 19 yol və körpü layihəsi başa çatdırılıb, 6 şəhərin içməli su ilə təminatı normallaşdırılıb.

Ən başlıcası isə 121 mini daimi olmaqla 154 min yeni iş yeri yaradılıb.

Bütün bunlarla yanaşı, Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Məcburi köçkünlərin yaşadıqları 16 fin tipli qəsəbənin sonuncusunun ləğvinin də başa çatmasına az qalıb.

İqtisadi idarəetmə, ixracın stimullaşdırılması, idxaldan asılılığın azaldılması ilə bağlı konkret proqramların icrasına başlanıb, korrupsiya və rüşvətxorluqla mübarizə sərtləşdirilib, xırda və orta sahibkarlığa dövlət dəstəyini nəzərdə tutan layihələrin sayı artırılıb.

Beynəlxalq miqyasda obyektivliyi və dürüstlüyü ilə seçilən iqtisadi struktur qismində tanınan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görüb.

Yəni postsovet ölkələri arasında Azərbaycan köklü, genişmiqyaslı iqtisadi islahatlar sarıdan 3-cü (Latviya və Litvadan sonra), MDB dövlətləri arasında isə liderdir.

Bunu biz yox, alman, isçevrəli, fransız və italyan ekspertlər deyirlər ki, onların arasında Bakıya "tənqidi" yanaşmaları ilə ad çıxarmış adamlar heç az deyil.

Bundan sonra nə etməli?

Azərbaycanın dinamik inkişafını, iqtisadiyyatın gəlişməsini təmin etmək üçün ilk əvvəl bank sektorunda islahatlar davam etdirilməli, süni inhisarların maraqlarına xidmət edən, yaxud bu və digər məmurun "biznes imperiyası"nın tərkib hissəsi olaraq həmin şəxslərin mənfəətləri ilə dövriyyə vəsaitlərinin idarə olunan "qapalı kontur"da dövrə vurmasına yönəlmiş banklar sıradan çıxarılmalı, bu kommersiya strukturlarının lisenziyaları ləğv olunmalı, bank sektorunda təmərküzləşmə və konsolidasiya davam etdirilməlidir.

Bank sektorunda tam şəffaflıq, transparentlik təmin olunmalı, bu sahə ən yüksək dünya standartlarına cavab verməlidir.

Nədən ki, kiçik və orta sahibkarlığın, fermer təsərrüfatlarının, ölkədəki sənaye istehsalında payını artıran özəl müəssisələrin inkişafı kreditlərsiz mümkün deyil: o kreditləri də normal çalışan banklar verməli, işləyən insanı faiz bataqlığına salıb boğmamalıdır.

Hazırda real işlər də görülür. Məsələn, Sumqayıt Kimya Sənaye Parkının tam işə düşməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq və qeyri-neft sahəsində çox böyük ixrac potensialı yaranacaq. Bundan başqa, Azərbaycanda farmasevtika vasitələri sektoruna da təkan verilib və dərman istehsalını gücləndirmək planlaşdırılır.

Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlanıb, Masallıda sənaye zonasının yaradılması işi gedir, inşaat materialları sektoruna böyük investisiyalar cəlb edilir.

Bütün bunlarla yanaşı, daxili bazarı qorumaq üçün gətirilən bəzi malların rüsumlarının qaldırılması vaxtında qəbul edilmiş qərardır. Lakin yerli istehsalçını stimullaşdırmaq, ona yardım etmək üçün qərar azdır. Bu istiqamətdə çevik siyasət yürüdülməli, yerli məhsulun xarici məhsuldan əhəmiyyətli dərəcədə ucuz olması təmin olunmalıdır.

Sahibkarlığın inkişafı üçün bu il artıq 120 milyon manat güzəştli kreditlər verilib. Ancaq ilin sonuna qədər fondda nəzərdə tutulan layihələrə tam həcmdə kreditlər verilməlidir və gələn il kifayət qədər böyük vəsait ayrılmalıdır. Özü də mütləq şəkildə.

Fermerlərə dəstək olaq

Bu il təkcə pambıq istehsalının üç dəfə artırılması nəzərdə tutulur. 2017-ci ildə isə builki həcmlə müqayisədə pambıq istehsalı minimum 10 dəfə, sonra isə 20 dəfə artırılmalıdır.

24 rayonda pambıqçılığın inkişafı normaldırsa, digər münasib rayonlarda da fermerlərə maksimum dəstək verilməlidir.

Bu il 100 min ton pambıq tədarük edilməlidir. Dövlət planına uyğun olaraq gələn il həmin rəqəm 300 min ton təşkil edəcək.

Pambıqtəmizləmə zavodlarımızın həcmi də elə 300-350 min tondur. Gərçi pambıq istehsalını artırmaq istəyiriksə, ölkədə yeni pambıqtəmizləmə zavodları tikilməlidir.

Taxıla gəldikdə isə, hazırda Azərbaycan taxıla olan tələbatının 65 faizi yerli istehsalla təmin edir. Bu rəqəm, təbii ki, 100 faiz olmalıdır: taxıl istehsalı strateji sahə olduğundan, kənar dövlətlərin bizi "çörəklə imtahan"a çəkmələrinə, taxıl satışından təzyiq vasitəsi formatında yararlanmaq cəhdlərinə imkan verilməməlidir.

24 rayonda baramaçılığın inkişafına təkan verildiyindən, illərdən bəri "iflic" vəziyyətində olan Şəki İpək Kombinatı artıq işləməyə başlayıb.

Üzümçülük, tütünçülük, şəkər istehsalı, çayçılıq və s. sahələrin inkişafı üçün kəndli stimullaşdırılmalıdır ki, daha fəal işləməkdə maraqlı olsun.

Son olaraq gələk heyvandarlığa. Hesablamalar göstərir ki, ölkədə südçülyü, ətçiliyi inkişaf etdirmək bu sahələrdə ən modern standartları təmin etmək üçün Azərbaycana 500-600 min baş iribuynuzlu davar yetər.

Bütün bunları reallaşdırmaq üçünsə İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, "ASAN xidmət"lə bərabər yerli icra orqanları ailə biznesinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər görməlidir.

Qarşıda görüləsi çox iş var.

Əsas budur ki, Azərbaycan iqtisadiyyatı qarşılaşdığı problemləri xeyrinə yönəltməyi bacarmağa başlayıb.

Bu, çox önəmli məsələdir.

Elçin Alıoğlu
Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Anar Məmmədov ticarət mərkəzini satdı - Bütün brend mallar 90 faiz endirimdədir

29 Mart 2017 15:18

Qəzada həlak olan tələbələrin ailələrinə yardım edildi - RƏSMİ AÇIQLAMA

29 Mart 2017 15:12

Bütün səfirliklərin və konsulluqların mühafizəsi gücləndirildi - Ukraynada

29 Mart 2017 15:12

Klan və tayfa dövlətləri yaranacaq, 100 illik müharibələr... YENİ DÜNYA DÜZƏNİ

29 Mart 2017 15:08

Elxan Məmmədov yalan danışırmış

29 Mart 2017 15:07

Fransanın nüfuzlu qəzetində Ermənistanın işğalı ilə bağlı yazı dərc edildi

29 Mart 2017 15:05

Beren Saatla İlker Kalelinin birlikdə çəkiləcəyi film - FOTO

29 Mart 2017 15:05

"Ayaqqabı bağıyla oğlumu özümə bağlayırdım" - "Survivor" iştirakçısından ŞOK AÇIQLAMA - FOTO

29 Mart 2017 15:05

Azərbaycanda yeni yolun görüntüləri - FOTO

29 Mart 2017 15:05

Gələn də dördünü vurur, gedən də...

29 Mart 2017 15:05

Yataq xəstəsi olan azərbaycanlı aşıq əməliyyat olunacaq

29 Mart 2017 15:04

Tanınmış aktyor ikinci dəfə ata oldu

29 Mart 2017 15:03

Gənc qız qazdan zəhərləndi

29 Mart 2017 14:59

"Qarabağ"da Almeyda problemi

29 Mart 2017 14:57

Sənə çəhrayı yaraşır...

29 Mart 2017 14:57

Ukrayna Baş Prokurorluğu: “Azərbaycanlılara qarşı cinayətlər…”

29 Mart 2017 14:53

Atatürkün Azərbaycanla sərhəd olmaq üçün pulla aldığı torpaq - FOTO

29 Mart 2017 14:52

Bankiri Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar - FOTO

29 Mart 2017 14:52

Sevgilisinə əsəbiləşən azərbaycanlı gəlin namizəd başqa kişi ilə görüşdü – VİDEO

29 Mart 2017 14:48

Rostropoviçin 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib - FOTO

29 Mart 2017 14:47

Neftçala sakini Kürdə boğuldu

29 Mart 2017 14:44

Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər

29 Mart 2017 14:42

Kamil Zeynallı ATV-dən getdi? - FOTO

29 Mart 2017 14:42

Tomas de Valldan mühüm Qarabağ açıqlaması: "Müharibə istəmirlərsə..."

29 Mart 2017 14:42

Oğru qadın tutuldu - Azərbaycanda

29 Mart 2017 14:42

Bakıda 25 yaşlı qadın 14 yaş böyük ərini atıb evdən qaçdı - İKİ UŞAĞIYLA

29 Mart 2017 14:39

Cırtdanlar qəbiləsi tapıldı - Kiçik beyinlərə sahibdilər, çənələri yoxdur - VİDEO

29 Mart 2017 14:38

İlkin Həsəninin şad gününə az qaldı - FOTO

29 Mart 2017 14:37

Həkimin dörd yeni ixtirası

29 Mart 2017 14:37

Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"

29 Mart 2017 14:37

Ronaldo xəbəri aparıcını coşdurdu, hər yeri çöldə qaldı - FOTOLAR

29 Mart 2017 14:37

“Windows” və “Windows Phone” sistemlərinin köhnə versiyalarının dəstəklənməsi dayandırılıb

29 Mart 2017 14:35

İŞİD-in rəhbərləri qaçır

29 Mart 2017 14:33

Musiqili Teatrın aprel repertuarı

29 Mart 2017 14:32

Məşhurların öldükdən sonra çəkilmiş fotoları

29 Mart 2017 14:31

11 ildən sonra gözlənilən ilk transfer

29 Mart 2017 14:27

Sabahdan Rəcəb ayı başlayır

29 Mart 2017 14:27

Kral ailəsi kraliçanın qonağı oldu - FOTO

29 Mart 2017 14:22

Azərbaycanlı rəqqasə: "Boşanandan 2-3 ilə sonra sənətə gəldim" - VİDEO-FOTO

29 Mart 2017 14:19

İnsanı həmişə cavan saxlayan hormonun SİRRİ: mütləq bunları edin!

29 Mart 2017 14:18

Ranyeri: "Şok keçirdim"

29 Mart 2017 14:17

"Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir"

29 Mart 2017 14:17

Hələ indi başlayır: Moskva üçün ÖLÜM-DİRİM SAVAŞI

29 Mart 2017 14:13

Azərbaycanda müflis olan bankların taleyinə AYDINLIQ GƏTİRİLDİ

29 Mart 2017 14:12

Aktrisanın hamiləlik FOTOları internetə "sızdı"

29 Mart 2017 14:12

"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənəcəyinə ümid qalmayıb"

29 Mart 2017 14:12

Xərçəngə yoluxma riskini azaldır

29 Mart 2017 14:10

Arda Turan keçmiş sevgilisi ilə barışdı, evlənir - FOTOLENT

29 Mart 2017 14:09

Britaniya Avropa ilə aviarabitəsiz qala bilər – “Brexit”in İLK FƏSADI

29 Mart 2017 14:08

Futbolçunun arvadından federasiyaya ilginc çağrış - FOTO

29 Mart 2017 14:07